Qadin.NET / Möcüzəvi təbiət hadisələri (2)

Möcüzəvi təbiət hadisələri (2)

Möcüzəvi təbiət hadisələri (2)
Su xortumu 
Suyun üzərində yaranan burulğana su xortumu deyirlər. Ancaq girdab suyu əmmir və xortum yalnız sıxlıq səbəbiylə ortaya çıxan sudan əmələ gəlir. 
Möcüzəvi təbiət hadisələri (2)
Lentikular buludlar
Lens şəklindəki bu buludlar nəmli havanın hər hansı bir dağın üzərindən keçdiyi zaman ortaya çıxır. Bulud bu keçid zamanı lay-lay olur. Qəribə bir şəkli olduğu üçün bu buludlar bəzən UFO-ya bənzədilir. 

 Möcüzəvi təbiət hadisələri (2)

Penitente buzları 
Yüksək dağlarda görülən uzun və incə şəkildə olan sərtləşmiş qarlara "penitente" deyilir. Bu qədər yüksəkdə olduğu üçün günəş şüaları buzu əritmir, birbaşa olaraq suya çevirir. Bəzi sahələrdə suyun buxara çevrilməsi daha sürətli şəkildə reallaşır. Beləcə, düz qar səthində bir sıra çökmələr əmələ gəlir. Bu çöküntülər nəticəsində də bu incə və uzun qar şəkilləri meydana gəlir. 
Möcüzəvi təbiət hadisələri (2)
Super hüceyrə fırtınası 
Super hüceyrə fırtınası ən nadir ortaya çıxan və ən təhlükəli fırtına növlərindən biridir. Eynilə digər fırtınalar kimi yaranır. Ancaq şaquli olaraq yuxarı istiqamətli hava axınının meydana gəlməsi səbəbiylə yoxa çıxması çox sürətli davam edir. 
Möcüzəvi təbiət hadisələri (2)
Donmuş çiçəklər
Fotoşəkildəki görüntü bitkilərin köklərində olan maddələrin donması, bitkinin gövdəsindən çölə çıxması və sonra da genişlənməsi əsasında əmələ gəlir. Daha sonra sular çatlaqların içindən çəkilir və havayla təmas edərək donur. Sonrasında da ortaya maraqlı şəkillər çıxır. 

Möcüzəvi təbiət hadisələri (2)

 Günəş körpüsü

Atmosferdə yaranan bu fenomen günəşin müəyyən bir yüksəklik və bucağa çatması sonrasında buz kristallarının işığı daha parlaq göstərməsi nəticəsində meydana gəlir.

 Möcüzəvi təbiət hadisələri (2)

Mammatus buludları 
Bir buludun altında yerləşən bulud kisəciklərinə "mammatus" buludları deyilir. Buludun nəm nisbəti havadakı nəm nisbətindən fərqli olduqda ağır olanlar aşağı sallanır. 
Möcüzəvi təbiət hadisələri (2)
Qar yuvarlaqları
Bəzən böyük qar parçaları və içindəki bəzi başqa maddələr küləklə birlikdə sovrulur və üst-üstə yığılır, ancaq ortadakı qism zəif qalır və külək sərt əsdiyi zaman tökülür. Beləcə, ortaya yuvarlaq şəkildə, ortası boş qar yığınları çıxır. 
Möcüzəvi təbiət hadisələri (2)
Asperatus buludları 
Bu maraqlı fenomen yalnız 2009-cu ildə Yeni Zelandiyada görülüb. Niyə və necə ortaya çıxdığı mövzusunda əlimizdə çox məlumat yoxdur. Amma yenə də görünüşə uzun-uzun baxıb təbiətin nə qədər gözəl olduğunu anlamaq mümkündür.
Möcüzəvi təbiət hadisələri (2)
Venera kəməri 
Göy üzündə görülən çəhrayı rəngə görə ona bu ad verilir. Dünyamızın kölgəsi yarı şəffaf atmosferə düşdüyündə dünyanın kölgəsi təkrar üzərinə əks olunur.
P.S: Şəkildə gördüklərinizin pohotoshop olduğunu düşünürsünüzsə, yanılırsınız.
15 noyabr 2014
GO BACK