Sualtı buz saçağı
Buz saçaqlarının suyun altında reallaşan halına ingiliscə "brinicle" deyilir. Sözün Azərbaycan dilində qarşılığı hələ yoxdur, amma "sualtı buz saçağı" adlandırmaq daha doğru olar. Bu maraqlı buz saçaqları həddindən artıq soyuq və duzlu su axıntısının okeanın dibinə gedib çatması nəticəsində meydana gəlir.
Vulkanik şimşək
Vulkanın tüstü buxarları çox böyük miqdarda elektrik yükü və statik çıxarır. Çox nadir hallarda bu duman buludlarının içində vəhşi şimşək fırtınaları meydana gəlir.
İşıqlar, elflər və mavi reaktivlər
Fotoşəkildə gördüyünüz rəngarəng şəkillər atmosferdəki elektrik yükünün boşalması nəticəsində ortaya çıxır.
Göy qurşağı atəşi
Çox yüksəkdəki buludlarda olan buz kristallarından əks olunan işıq bu görüntünü meydana gətirir. Amma əslində göy qurşağı atəşlərinin nə odla, nə də göy qurşağıyla heç bir əlaqəsi yoxdur. Yalnız rəngarəng olmaları və alov kimi dəyişən rənglərinə görə belə adlandırılıb.
Atəş anaforları
Alovlardan ibarət xortumlara atəş anaforları deyilir. Həddindən artıq isti və turbulent küləklər zamanı əmələ gəlir.
Bildiyimiz kimi göy qurşaqları yağış yağdıqdan sonra ortaya çıxır. Ağ göy qurşağı isə sisin (dumanın) içində görülən bir təbiət hadisəsidir. Sisin içindəki sıxlıq çox olduğu üçün işıq əks olunmur, buna görə də göy qurşağını meydana gətirən rənglər çox solğun, ağa yaxın rənglərdə görünür.
Catatumbo ildırımları
Göy gurultusu və şimşəkdən qorxan və gecələr yata bilməyənlər üçün bu görüntü böyük bir dəhşətdir hər halda... Catatumbo ildırımlar yalnız Venesuelanın Catatumbo çayında görülən qorxunc bir təbiət hadisəsidir. Fırtına buludlarından sonra ortaya çıxan bu görüntü ilin 160 gecəsi gündə 10 saat və saatda 280 dəfə görülə bilir.
Ay qurşağı
Ay qurşaqları günəşdə deyil ayın səthindən əks olunan işıqlar sayəsində ortaya çıxan bir növ göy qurşağına verilən addır. Ayın səthindən əks olunan işığın çox az olması səbəbiylə ay qurşaqları da olduqca solğun bir təbiət hadisəsi olaraq qarşımıza çıxır.
Səhər səfası buludları
Səhər səfası buludları adı verilən bu görüntü olduqca nadir hallarda ortaya çıxır. O qədər nadirdilər ki, nə üçün yarandığını araşdırmaq üçün fürsət olmamışdır və bu buludların niyə yarandığı hələ də bilinmir. Avstraliyadakı "Burketown" adlı kiçik qəsəbədə payızda görülən təbiət hadisəsidir.
İşıq halqası (Glory)
Optik bir hadisə olan işıq halqası eynilə bir göy qurşağı kimi meydana gəlir və bir halqaya bənzəyir. Yağış damlalarının arasındakı havanın meydana gətirdiyi işıq tunelləri işığı geri əks etdirdiyi zaman yaranır.
P.S: Şəkildə gördüklərinizin pohotoshop olduğunu düşünürsünüzsə, yanılırsınız.