İnsanın yatış tərzi haqqındakı inanclar:
İnsanlar 4 formada yatırlar:
Üləmalar, əsil-nəcabəti olan adamlar- arxası üstə yatırlar.
Mömün adamlar- sağ böyrü üstə yatırlar.
Həkimlər sol üzü üstə yatırlar ki, yedikləri tez həzmə getsin.
Bəd xasiyyətli adamlar üzü üstə yatmağı sevirlər.
Saç qırxdırmaq günləri haqqındakı inanclar:
*Təzə ayın 2-də saç kəsdirsən yaxşı əlamət sayılır.
*Ayın 5-də sənə şadlıq və sevinc üz verər.
*Ayın 7-də adamın mənfəəti olar.
*Ayın 9-da arzun həyata keçər.
*Ayın 10-da xeyirxahlıq görərsən.
*Ayın 12-də hörmət sahibi olarsan.
*Ayın 14-də şadlıq olar.
*Ayın 15-də hörmətlə qarşılaşarsan.
*Ayın 19-da səmimilik olar.
*Ayın 20-də gələn bəlalardan uzaq olarsan.
*Ayın 26-da halal qazanca yetişərsən.
*Ayın 30-da evində həyat yoldaşın tərəfdən istəkli olarsan.
Müxtəlif inanclar:
*Qeyri-qanuni uşaq doğulduqda, həmin uşaq anadan olan kimi əsib-titrəməz, səsi çıxmaz, ağlamaz.
*Ay tutulanda yerə bəla gələr.
*Burnu əyri, gözündə xalı olan adam hiyləgər olar.
*Burnu dik olan adam məğrur olar və ucalıq sevər.
*Boyu uzun, ayağı böyük olan adam çox vaxt düz adam olmaz.
*Günəş batarkən qırmızı rəngdə olması ilə yerə gələn bəlanı qovur.
*Qaşlarının arası enli və tüksüz olan adam adətən xeyirxah olar.
*Səfərə gedərkən yolun qiblə səmtinə düşmürsə, onda həyətindən çıxmamış 6 addım qiblə səmtinə addımladıqdan sonra səfərə çıx. Belə etsən səfərin uğurlu olar.
Siz bunlardan hansılara inanırsız?