Hər fəslin öz gözəlliyi var. Hər fəsil zamanında gözəldir. İnsanların içində fəsillərin bir neçəsini sevməyən və ya hansısa birini daha çox sevənlərə həmişə rast gəlirik. Mənsə düşünürəm ki, fəsilləri bir-birindən ayırmaq heç də doğru bir şey deyil. Çünki fəsillər təbiətdəki harmoniyanı qoruyub saxlayır. Bird Bornun çəkdiyi bu şəkillər vasitəsilə payız fəslini sevməyənlərə payızın gözəlliklərini az da olsa, çatdırmağa çalışacağıq. Diqqətiniz bizdə olsun, bilmək olmaz bəlkə də bu xəbərimdən sonra payız vurğunlarından birinə çevrildiniz. Axı payız romantizm fəslidir.
Payızda rəngarəng plaşlar, çəkmələr və çətirlər götürmək olur.
Payızda rənarəng yarpaqların içində oynamaq və yarpaqlardan çələng düzəltmək mümkündür.
Payızda yatmaq və yatarkən də yağışın həzin səsini dinləmək mümkündür.
Payızda daha gözəl, canlı və rəngarəng şəkillər çəkmək mümkündür.
Payızda sevdiyinizlə gəzinti sonrası bir kafedə oturub isti qəhvə içməyin öz xüsusi gözəlliyi var.
İlin məhz bu fəslində meşələr daha gözəl olur və ən ləzzətli göbələklər yetişir.
Çöldə hava buludlu və soyuqkən isti evdə pəncərə kənarında oturub havanın keyfini çıxarmağın ayrı bir ləzzəti var. Bu zaman mütaliə etmək isə tamamilə fərqli bir xoşbəxtlikdir.
Payızda oxuyanlar üçün payız tətili olur və bu tətildə doyunca dincəlmək mümkündür.
Nəhayət ki, piknik edərkən ağcaqanaq problemimiz olmayacaq.
Ən gözəli isə sevdiklərinizlə bir araya gəlib yayın təəssüratlarını bölüşmək və şirin bir söhbət etməkdir.
İndi deyin görək, belə bir gözəl fəsli axı necə sevməmək olar?