Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyevadır. Əsasən klassik stilə üstünlük verir. Rəng seçimində heç bir məhdudiyyət yoxdur. İri bəzək əşyalarını xoşlamır.
ABŞ-ın birinci ledisi Mişel Obamadır.45 yaşı var. Dəb həvəskarıdır. Burnu açıq dikdaban ayaqqabılar,rəngli paltarlar,dəbə uyğun bəzək əşyaları onun qarderobundan əskik olmaz.
Almaniyanın birinci ledisi Angela Markeldir. Almaniyanın baş naziri.55 yaşı var. Orta uzunluqda pencək,enli şalvar və uzunboğaz köynək geyinməyi çox sevir. İncə muncuq taxmağa üstünlük verir. Angela xanımı donda görmək çox müşkül məsələdir.
Fransanın birinci ledisi Karla Brunidir. Fransanın 23-cü prezidentinin həyat yoldaşıdır.42 yaşı var. Dikdaban ayaqqabıları sevmir. Səbəbi isə həyat yoldaşından uca görünməməkdir.Bu xanım daha çox karandaş ətəklərə və şalvarlara üstünlük verir. Əvvəl model işləsə də,ailə qurduqdan sonra bu karyerasına son qoyub.
İtaliyanın birinci ledisi Veronika Lariodur. İtaliyanın baş nazri Silvio Berluskoninin həyat yoldaşıdır. Dəblə ayaqlaşmağı çox sevir. 54 yaşı var. Pencəklər və həşkə yaxalıqlı köynəkləri xoşlayır. Bəzək əşyalarından az istifadə edir.
Rusiyanın birinci ledisi Svetlana Vladimirovnadır. 44 yaşı var. Klassik stilə üstünlük verir. Seçimi ağ və qara rəngli kostyumlardır. İri bəzək əşyalarının əvəzinə incə muncuqlar taxır.
Məncə, bizim ledimiz Mehriban xanım Əliyeva daha gözəl və xoşdur.Onun stilini, özünə güvənliyini, xanımlığını çox bəyənirəm...