Qadin.NET / Bilirsinizmi?

Bilirsinizmi?

Bilirsinizmi?

Ölkələrdə faciə rəngləri

Meksika - sarı

Braziliya – tünd qırmızı

Şərqi Avropa ölkələri – ağ

Avropa ölkələri – qara

Bilirsinizmi?

Gəmidə qızıl gizlətmək olarmı?

Fransız qulduru Surkufu həbs edilib kral məhkəməsində çıxarıldıqda ondan soruşmuşdular: “Xəzinəni harada gizlətmisən?” Surkuf isə sadə cavab verdi: "Gəmidə." Bütün gəmini başdan-ayağa axtarsalar da, xəzinə tapılmadı. Yalnız müasir dövrdə qızıl tapılmışdır. Gəminin ankerinin (yakor) əridilmiş qızıldan olduğu məlum olmuşdur.

Bilirsinizmi?

Texnikanın ləng inkişaf etməsi quldurlara kömək edibmi?

1551-ci ildə maraqlı bir hadisə baş verib. İspaniyaya məxsus olan 24 qaleon karvan gəmisi Amerikadan qızıl sərvətləri gətirirdi. Onların qarşısına yolda İspaniya imperator bayrağı altında üzən kiçik eskadra çıxır. Eskadranın flaqmanı yaxınlaşdıqda belə bir siqnal verir: “İspaniyaya yollanırıq. Gəmidə İmperator V Karlın qohumları var. Xahiş edirik, bayrağa salam və salyut verin”. Karvan salyut verdikdən sonra toplar mərmisiz qalır. Bu vəziyyətdə eskadra bayrağı Fransa bayrağına dəyişilərək gəmilərə hücum edirlər və qızılı ələ keçirirlər. XVI əsrdə bir dəniz topunun mərmilərini dəyişməkdən ötrü 30 dəqiqə vaxt lazım idi. Məhz buna görə qaleon eskadraya müqavimət göstərə bilmədi.

Bilirsinizmi?

Güllər bilik simvolunun qiymətləri ola bilərmi?

Yaponiyada Ali məktəblərə qəbul imtahanları sakura gülünün çiçəklənməsi dövrünə təsadüf edir. Əgər abituriyent imtahandan belə cavab alsa, "Sakura güllərlə örtülüb", demək, o, ali məktəbə qəbul olunub. Yox cavabı alsa, yəni "Güllər uçub", demək, qəbul olmayıb.

Bilirsinizmi?

II Yekaterinanın təxəllüsü

Çox az adama bəlli olub ki, XVIII əsrdə Rusiya mətbuatında Pyotr Uqadayev təxəllüsü ilə bir alman xanımı çıxış edirdi. O, II Yekaterina olub.

14 oktyabr 2014
GO BACK