Qadin.NET / Ən istedadlı uşaqlar

Ən istedadlı uşaqlar

Ən istedadlı uşaqlar

Farrel Vu

Business İnsider jurnalı Farrel Vunu dünyanın ən ağıllı və istedadlı uşaqlarından biri adlandırır. 2012-ci ildə Australian Mathematic Competition (AMC) nüfuzlu riyaziyyat yarışmasında iştirak edir və təcrübəli riyaziyyatçıları qabaqlayaraq birinci yeri tutur. Vunun bir yaşı olanda o, riyazi məsələləri həll edirdi, üç yaşında isə artıq birjada ticarətdə iştirak edirdi, 10 yaşında olanda onu Miçiqan Universitetinə qəbul edirlər. Orada o, bank işini və investisiyanı öyrənirdi. 

Ən istedadlı uşaqlar

Culiano Stro

Culiano Stro dünyanın ən gənc bodibilderidir. Onun uğurlarına bütün dünyanın ən yaxşı bodilbilderləri paxıllıq edə bilərlər. İki yaşında olarkən Culiano “Ginnesin rekordlar kitabı”-na daxil olmuşdur.

Rayan Vanq

Musiqi dahisi Rayan Vanq bütün musiqi aləmini heyrətə gətirmişdi. Vanq üç yaşından etibarən simfoniyalar yazmağa başlamışdı. Beş yaşında isə o artıq bütün dünyada 50-dən çox konsert vermişdi. 

Ən istedadlı uşaqlar

Akrit Casval

Ən gənc və nüfuzlu cərrahlardan biri Akrit Casval həkim fəaliyyətinə gənc yaşlarına Hindistanda, öz doğma şəhərində başlamışdı. Hal-hazırda Akritin 20 yaşı var və ABŞ-ın nüfuzlu universitetlərində birində magistratura pilləsində təhsil alır.

Ən istedadlı uşaqlar

Prianşi Somani

Somanini canlı kalkulyator adlandırırlar. O, Hindistanın ən varlı insanlardan birinin qızıdır. Somani dəfələrlə “Ginnesin rekordlar kitabı”-na düşüb və həmçinin, nüfuzlu riyaziyat yarışmalarının qalibi olub. 

Ən istedadlı uşaqlar

Kristofer Paolini

Yazıçı, “İrs” tetralogiyasını müəllifidir. Kristofer ilk romanını 16 yaşı olanda yazmışdı. Tetralogiya Paoliniyə dünya şöhrəti qazandırmışdı.

Tetralogiyanın uğuruna baxmayaraq bu, hal-hazırda 30 yaşı olan müəllifin yeganə əsəridir. 

Ən istedadlı uşaqlar

Taylor Ramon Uilson

Taylor nüvə sahəsində ən gənc alimdir. O, 14 yaşında olarkən nüvə parçalanmasını həyata keçirmişdir. 2013-cü ildə TED konfrasında Taylor kiçik yeraltı nüvə reaktorlarının tikintisi ilə bağlı bir sıra inqilabçı fikirlər irəli sürmüşdü.

15 oktyabr 2014
GO BACK