Qadin.NET / Hikmətli sözlər

Hikmətli sözlər

 
Hikmətli sözlər
 

Həyəcan, qəm və kin ürəyi, nəm isə dəmiri çürüdür.(S.Əzim)

-----

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir(Demokrit)

------

Tələsik evlənənin  əzabı uzun sürər.(A.İ.Gertsen)

------

Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.(M.S.Ordubadi)

-----

Kimin rastına yaxşı kürəkən çıxıbsa, o yaxşı oğul qazanıb, pis kürəkən  çıxıbsa, qızını da itirib,(Demokrit)

------

Ancaq gözəl olmağı  bacaran qadının həyatından bədbəxt, işgəncəli bir həyat yoxdur.( B.Fontenelli)

------

Bekar arvad cavan əri qocaldar,

Əsl arvad çox  dərdini azaldar.(Hüseyn Bozalqanlı)

--------

Şir yeməz heç vaxt it artığını,

Acından ölsə də bir mağarada,

Biçarə qarnı ac yaşasan belə,

Alçağa əl açma sən bu dünyada.(Sədi)

------

İki şeyin qiyməti itəndən sonra bilinər:Biri cavanlığın, bir də sağlamlığın.(Ərəb atalar sözü) 

--------

Yaxşılıq elə yaxşılıq bilənə,

Eyləmə haqq yeyib, nahaq deyənə.(Kəlilə və Dimnə)

---------

Dinlə, bir nəsihət söyləyirəm mən:

Kim tikan əkibsə, dərməz yasəmən.

Şeytanlıq eyləyib kim ara vursa,

Bəxti üz döndərər, o görər cəza.(Sədi)

--------

İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.(Kəlilə və Dimnə)

------

Ölçülməmiş suala biçilməmiş cavab verərlər.(atalar sözü)

-------

Bir itə bir tikə çörək verəndə,

Unutmaz yüz kərə bassan da daşa.

Alçağa bir ömür çörək yedirtsən,

Bir dəfə tünd olsan başlar savaşa.(Sədi)
27 fevral 2011
GO BACK