Qadınlar bir qayda olaraq öz üzlərində yaşlanma əlamətləri görən kimi, o dəqiqə ekologiyanın çirklənməsini və ağır həyat şəraitini bəhanə gətirirlər.
Bu fikir doğurdan da belədirmi?...
Əsas səbəbləri bilmək istəyirsinizsə qadınların yaşlanmasına daha çox səbəb olan 5 fakta nəzər salın.
1.Siqaret çəkmə və içkiləri saman çöpü ilə içməkSiqaretin zərərləri haqda söhbət açmağa ehtiyac yoxdur,bəs sokları,kokteylləri içmək üçün istifadə etdiyimiz saman çöplərinin günahı nədir? Sən demə bu çöplərdən istifadə alışqanlığı olan xanımların dodaqlarının ətrafı daha tez büzüşür və yaşlanır.
2.Günəş gözlüyü,çətiri və əlcəklərindən imtina etməkƏllər və gözlər (2 bölgə)ilk olaraq qadının yaşını ələ veririlər.Əlləri tez yaşlanmaqdan qorumaq üçün nəinki nəmləndirici,qidalandırıcı kremlərdən istifadə etmək,həm də qışda əlcək geyməklə soyuq havadan qorumaq lazımdır.Eyni zamanda gözlərin ətrafındakı dəri həssas olduğu üçün gündəlik baxıma ehtiyacı var.Günəş gözlüyünü gözləri qorumaqla yanaşı həm də göz ətrafında qırışların yaranmasını da əngəlləyir.Çətir isə qadınların saçını pis hava şəraitindən qorumuş olur.
3.Dərin təmizləyicilərdən (skrab və pillinq) aşırı istifadə etməkDərin təmizləyicilərdən daimi istifadə gücsüzləşməsinə səsəb olur.Dəri zaman-zaman sızanaqlarla örtüıür,qaşınır və bu da sonda onun qırışmasına gətirib çıxarır.Ona görə də dərin təmizləyici alarkən tərkibi daha az cilalayıcı maddələr olanından almaq məqsədə uyğundur.Və istifadədən sonra mütləq nəmləndirici vasitə olmalədır.
4.Aktiv mimikalarHəddindən artıq aktiv mimikalar erkən dəri qırışmalarına səbəb olur.Təəccüblənərkən qaşlar yuxarı qalxır,ürəkdən gülərkən ağız geniş açılır,əsəbləşib bağırarkən də alən və ağız ətrafı dərilər büzüşür.
Bunun qarşısını almaq üçün danışarkən və gülərkən belə özünüzü kontrol edin,ən yaxşısı daha çox gözlərlə danışmağa vərdiş edin.
5.Gözləri ovuşdurmaq və burunu didişdirməkQadınların bir çoxunun xoşagəlməz vərdişi var,öz gözəl burunlarına nə vaxt istəsələr toxunurlar.Təbii ki,üz hissəsindəki bölgələrə nə qədər çox əl vurularsa,o qədər çox sızanaq və səpgilər meydana gəlir.Gözləri ovuşdurmaq da eyni ilə dəri ətrafında qırışlara yol açır.