Qadin.NET / Yaqut daşı

Yaqut daşı

 

Yaqut daşı
 
Qiymətli daş-qaşlar-əsrlərdir, onlardan bəzək əşyası kimi istifadə edirik. Zaman-Zaman var-dövlətini daş-qaşa çevirənlər də az olmayıb. İndi bir qədər qəribə səslənsə də, qədim zamanlarda  qiymətli daş-qaşlardan başqa məqsədlərlə, xüsusilə də müxtəlif xəstəliklərin  müalicəsində  istifadə  edilirmiş.Rəngi qırmızı, al-qırmızı olan yaqut hələ qədim zamanlardan  zərgərlər tərəfindən istifadə olunub. Latınca rubin (qırmızı) adlanan bu daş  almazla  bir səviyyədə qiymətləndirilir. Hətta Şərq aləmində  almazdan  üstün hesab olunur.

 

 

Yaqut daşı
 
Azərbaycan alimləri qırmızı  yaqutun 8 növünü müəyyənləşdiriblər:qırmızı, ərğəvani, vərdi, xəmri, ləhmi, xəlli, gülnari və gövhəri.Yunan filosofu Teofrast yazırdı ki, yaqut Şərqin ən parlaq daşıdır. Filosof  Əbu Reyhan Məhəmməd İbn Əhməd əl-Biruni isə qiymətli daşlar  içərisində ən bahalı  və füsunkarının yaqut olduğunu bildirirdi. Qədim dövrlərdə yaqut  alovlu ehtiras, güc, qüvvət, qüdrət, qadın-kişi arasında sevgi coşğusunun rəmzi hesab olunub.
 Dünyada ən iri yaqut 459 qıramdır (2475 karat) və Hindistanda yaşayan  tanınmış  vəkil Vidcay Radca  məxsusdur.Məlumata görə , "Radca ratta" adlanan  bu daş  ona əcdadlarından  miras qalıb.
 Dünyanın ən gözəl yaqutları isə  1899-cu və 1928-ci illərdə Birmada tapılıb. Biri 15,4 qram (77 karat) , digəri isə 30 qram (150 karat) olan  bu daşların  dünya  bazarında rekord qiyməti 1 karat üçün  100 min 639 dollardır. Yeri gəlmişkən dünyada  yaqutun başlıca yataqları Birma və Şri-Lanka adasındadır.

 


22 fevral 2011
GO BACK