Qadin.NET / Renuarın sehrli rəngləri

Renuarın sehrli rəngləri

Renuarın sehrli rəngləri

Pyer Oqüst Renuar, “Avtoportret”, 1876.

Renuarın sehrli rəngləri

Pyer Oqüst Renuar, “İki bacı” (və ya “Terrasda”), 1881. 

Kətan, yağlı boya. 100.5×81 sm. İncəsənət institutu, Çikaqo, ABŞ.

“İki Bacı” (və ya “Terrasda”) (fr. Les Deux Sœurs (Sur la terrasse), ing. Two Sisters (On the Terrace) adı rəsmə Pyer Oqüst Renuar tərəfindən verilib, “Terrasda” isə rəsmin ilk sahibi Pol Düran Rüelem tərəfindən verilmiş addır.

Rəsm əsəri Parisin qərb hissəsində, Şatuda Sena çayındakı adalardan birində olan restoran Furnez evinin terrasında çəkilmişdir. Əsərdə oturan qız (böyük bacı) təsvir edilmişdir, onun yanında düz tamaşaçılara baxan vəziyyətdə ayaq üstə balaca qız (balaca bacı) təsvir edilmişdir. Terrasın arxasında sıx yaşıllığından Sena çayı görünür. Renuar bu məkanı sevirdi, bundan bir az əvvəl o burada öz digər məhşur rəsm əsəri olan “Avarçəkənlərin səhər yeməyi” rəsmini çəkmişdir.

Böyük bacı rolunda gələcəyin aktrisası rəsm çəkilən anda 18 yaşlı Janna Darlo (1863-1914) modellik etdirmişdir. Balaca bacı rolunda kimin çəkildiyi məlum deyil, amma belə bir iddia var ki, onlar qohum olmayıblar.

Renuar rəsm üzərində işləməyə 1881-ci ildə başlamış və tez bir zamanda tamamlanaraq 7 iyulda Pol Dürana 1500 franka satılmışdır. Rəsm əsəri kütləyə 1882-ci ildə impressionistlərin 7-ci sərgisində nümayiş etdirilmişdir. Rəsm əsəri 1993-cü ildən Çiqako incəsənət instititunda saxlanılır.

Renuarın sehrli rəngləri

Pyer Oqüst Renuar, “Kənddə rəqs”, 1883. 

Kətan, yağlı boya, 180×90 sm, Orse muzeyi, Paris, Fransa.

“Kənddə rəqs” (fr. Danse à la campagne) 1883-cü ildə Fransız rəssam Pyer Oqüst Renuar tərəfindən çəkilmiş rəsm əsəri. Həmin ildə renuar rəqs edən cütlüklərin təsvir edildiyi üç rəsm əsəri çəkmişdir–“Şəhərdə rəqs”, “Bujivaledə rəqs”, “Kənddə rəqs”. Bu rəsmlərin hər birində Renuar fikrini tək bir çütlükdə cəmləyib, onları hər tərəfli təsvir edir.

Rəsmdə restoranın açıq terrasında şabalıd ağaclarının fonunda rəqs edən çütlüyü görürük. Rəqs edənlərdən sağ tərəfdə üstü süfrə ilə örtülü stol təsvir edilib. Çütlük rəqsdən əvvəl onun arxasında oturublar. Rəsm üçün modellik edən qadın rəssamın gələcək həyat yoldaşı Alina Şariqodur, kişi isə Renuraın yaxın dostu yazıçı və jurnalist Pol Lotdur.

Renuarın sehrli rəngləri

Pyer Oqüst Renuar, “Alfonsina Furnenin portreti”

Alfonsina Furnenin rəsmdəki obrazı son dərəcə həlim qadın portreti təsiri bağışlayır. Qadın stola dirsəklənib, onun sifəti xoş gözləmə ilə doludur, qırmızı dodaqlar azca açıqdır, qara gözləri öz cazibədar gözəlliyiylə adamı tovlayır. Balaca əli astadan odlu kürən saçlarına toxunur. Alfonsina Furne açıq havada, ecazkar təbiətin fonunda eyvanda oturmuş halda, isti rənglərlə təsvir edilmişdir. Arxada Sena çayı axır. Qəhrəmanı əhatə edən mühit dinclik, rahatlıq, taqətdən düşmüşlük atmosferin verir.

1 oktyabr 2014
GO BACK