Qadin.NET / Böyük Holland rəngkarlığının kiçik ustaları

Böyük Holland rəngkarlığının kiçik ustaları

Kiçik Hollandlar (Holland barokkosu)–kiçik ölçüdə (adları buradan gəlir) məişət və peyzaj rəsmləri çəkən bir qrup 17-ci əsr Holland rəssamların birləşdiyi şərti qruplaşma. Kiçik Hollandların yaradıcılığının xüsusiyyətləri Holland rəssamlığının tarixi inkişafı və bazarın konyekturası (bazarda nəyə tələbin olması ehtimalı) ilə əlaqəli idi. Onların rəsm əsərləri saraylar və məbədlərin divarını bəzəmək üçün deyil adi evlər üçün nəzərdə tutulurdu. Onları şəhər əhalisi, ustalar və hətda kəndçilər alırdılar. Onların rəsmləri, demək olar ki, hər evdə var idi. Kiçik Hollandların rəsmləri üçün təsvirin incəliyi, kiçik detalların xüsusi ifadəliliyi, rəng nüanslarının gözəlliyi, ümumi rahatlıq duyğusu, interyer mühitində personajların doğmalığı və birləşməyinin təsvirinin mükəmməl verilməsi xarakterikdir.

Kiçik Hollandlar Niderland İntibahının (rəngkarlıq yalnız zövq verməli deyil, həmçinin daima mənəvi dəyərlər barədə insanlara xatırlatma rolu oynamalıdır) rəsm ənənələrini öz rəsmlərində yaşatmağa davam etdilər.

Şimali Niderlandiyada qalib gələn protestantizm qaydalarına görə, məbədlərin daxili divarları rəsm və heykəllərlə bəzədilmirdi. Lakin ictimai binalarda, şəhər və kənd sakinlərinin evlərini çoxlu sayda rəsm əsərləri bəzəyirdi. Rəsmlərin mövzuları kübar olsada onlarda gizlin dini və fəlsəfi simvollar öz əksini tapırdı. Məişət rəsmi, natürmort və peyzaj kimi rəssamlıq janrları məhz Niderlanda müstəqillik qazanmış və inkişaf etmişdir.

Böyük Holland rəngkarlığının kiçik ustaları

Filips Vauerman, “Dalğalarda məhv olan gəmilər”, 1650.

Kiçik Hollandların bir xüsusiyyəti maraqlıdır ki, bu qruplaşmaya daxil olan rəssamların hər biri müəyyən bir janrda ixtisaslaşır və digərlərinin janrına ümumiyyətlə daxil olmurdu. Belə ki, gördüyünüz rəsmin müəllifi Xendrik Averkamp məhz qış peyzajlarının ustası idi və bu sifarişləri əsasən o alırdı.

Kiçik Hollandların rəsmləri kişik ölçüdə lakin dəqiqliklə işlənmiş olurdu. P.de Xox, Yan Van Qoyen, Yan və S. van Reysdal, E.de Vitte, P.Klass, V.Xeda, V.Kalf, Q.Terborx, Q.Metsyü, A.Van Otsade, Yan Sten, A.Keyp və digərləri bu qruplaşmanın ən tanınmış üzvlərindəndir.

Onların gündəlik həyatda görməyə öyrəşdiyimiz və biganə yanaşdığımız hallarda gözəllik və poeziyanı görmə baçarığı, məişət hadisəsinin sadə təsvir etmə mahərəti, əşyaları seçmə baçarıqları və təbiətin böyüklüyünü əks etdirmək üçün secdikləri mənzərələr günü bu gündə göz oxşamaqdadır.

Böyük Holland rəngkarlığının kiçik ustaları

Xendrik Averkamp, “Buz üzərində səhnə”, 1610, kətan, yağlı boya. Reyxsmuzey.

 

Böyük Holland rəngkarlığının kiçik ustaları

Xendrik Averkamp, “Ay işığında balıqçılar”, 1620. 

6 oktyabr 2014
GO BACK