Qadin.NET / Pablo Pikasso

Pablo Pikasso

Doğuş çox ağır keçmişdi və körpə o qədər zəif idi ki, mamaça onun ölü doğulduğunu zənn etdi. Onu stolun üzərinə qoydu və anasına bəd xəbəri verməyə getdi. Körpəni şans xilas etdi–onun əmisi Don Salvador siqar çəkirdi və stolun üzərində körpəni görüb üzünə tüstü buraxdı. Körpə üzünü büzüştürdü və ağlamağa başladı. Siqar olmasaydı, Pablo Pikasso kimi məhşur rəssam dünyada olmaya da bilərdi.

İlk sözü “qələm” olmuşdu.

“Mən Rafael kimi rəsm çəkə bilərdim, lakin mən bütün həyatımı uşaq kimi çəkə bilmək üçün sərf etdim”.

Balaca Pikasso rəsm çəkməyi danışmaqdan əvvəl öyrənmişdi, birinci sözü isə “qələm” olmuşdu (piz-latıncadan lapiz sözünün qısaldılmış forması, ispanca “qələm” deməkdir). Pikassonun 7 yaşı tamam olanda rəssam və incəsənət professoru olan atası ona rəsm çəkmək öyrətməyə başladı. Barselonada yerləşən rəssamlıq məktəbinə qəbul imtahanını Pikasso bir gün ərzində verdi. Halbuki, başqaları imtahanı bir aya verirdi.

 

İlk rəsmləri

İlk rəsmini 9 yaşında çəkən Pikasso-“Pikador” (Le picador)-öz əsərində öküz döyüşündə iştirak edən atlını təsvir etmişdi. Birinci “akademik”, yəni daha yetkin rəsmini Pablo 15 yaşında bitirmişdi. Rəsm “Birinci Birlik” (First Communion) adlanırdı. Rəsmdə onun atası, anası və qurbangahın yanında olan bacısı təsvir olunub.

Pablo Pikasso

Dözülməz şagird Pikasso

Oxuduğu məktəbdə müəllimlərlə kobud rəftar etdiyinə görə Pikasso tez-tez “calaboose” adlanan xüsusi təcridxanaya yerləşdirilirdi. Bura Pikassonun öz hərəkətlərini yenidən nəzərdən keçirməsi üçün ağ divarlı və bir skamyalı otaq idi. Gələcəyin rəssamı “zindan”-ı rəsm çəkmək üçün istifadə edirdi, orada ona heç kim mane olmurdu. Rəssamın sözlərinə görə, o, bu otaqdan heç vaxt çıxmaq istəmir, yalnız rəsm çəkmək və yenə də rəsm çəkmək istəyirdi. 

Pablo Pikasso

 

Pablo Pikasso

Qadınlara qarşı ehtiras

“Bədbəxtlikdən, bəlkə də xoşbəxtlikdən mən hər şeyə sevgi prizmasından baxıram”.

Heç bir məhşur rəssamın həyatında Pikassonunku qədər sevgi macəraları və məşuqələr olmayıb. Qadınlar ona hava kimi lazım idi, onlar onun istedadının atəşini qoruyurdular.

 

Pikasso Mari-Terez Valterlə Parisdə yerləşən Lafayet qalereyasında tanış olub. Məhz o, Pikassonun Le Reve–“Yuxu” və ya “Arzu”–rəsm əsərinin modeli olmuşdur. Rəsm əsəri bir il ərzində çəkilmişdir.

2006-cı ildə qumarxananın sahibi Steve Wynn kətan rəsm əsərini 139 milyon dollara satmağa razılaşmışdı, lakin ehtiyatsızlıqdan o, dirsəyi ilə kətanı korlamışdı.

Pablo Pikasso

Pikasso Frasuaza Xilo ilə tanış olanda onun 21 yaşı var idi. Pikasso isə ondan 40 yaş böyük idi. Xilo yeganə qadın idi ki, Pikassonu o tərk etmişdi, getməsinin səbəbi isə məhşur rəssam olmaq və uşaqların tərbiyəsi ilə məşğul olmaq idi.

Pablo Pikasso

Ən bahalı əsəri

“Qəlyanlı oğlan”, 4 may 2004-cü ildə 104 milyon dollara satılıb.

Pikasso kubizmi necə kəşf edib?

Pikasso təkcə rəssam deyildi. “Mən həmişə bacara bilmədiyimi edirəm ki, onu bacara bilim”. 

Pablo Pikasso

“Pikassonun Çikaqosu”, 1967-ci ildə hazırlanmış heykəl.

Öz məhşurluğunu rəsmləri sayəsində qazansa da, Pikasso heykəl, keramika və qrafika ilə də məşğul olurdu. Hətta o, balet üçün kostyumlar, pərdə və dekorasiya da hazırlamışdı, habelə, Pikasso şeir yazıb və iki pyes müəllifidir.

Pablo Pikasso

Ustalığın sirri

Bir gün yerli bazarların birində Pablo Pikassoya bir qadın yaxınlaşır və ona tərəf kağız uzadır.

- Cənab Pikasso, mən sizin pərəstişkarınızam. Mənim üçün nə isə çəkə bilərsiniz?

Pikasso sevinclə razılaşdı və dərhal kağızda öz sənət əsərini çəkdi. Təbəssümlə kağızı qadına qaytardı və dedi:

- Bu milyon dollar dəyərində olacaq.

– Amma, Cənab Pikasso,–qadın heyranlıqla qışqırdı–siz bu miniatür şedevri çəkmək üçün 30 saniyə sərf etdiniz!

– Xanım,–Pikasso gülməsəyərək dedi–mən 30 ilimi sərf etmişəm ki, bu şedevri 30 saniyəyə çəkim.

3 oktyabr 2014
GO BACK