Qadin.NET / Kişilər də qorxarmış?!

Kişilər də qorxarmış?!

 

Kişilər də qorxarmış?!

Doğrudur, kişilik və qorxaqlıq - mahiyyətcə bir-birinə tamam zidd anlayışlardır. Amma psixoloqlar dünya üzrə kişilər arasında araşdırmalar apararaq, kişilərinin qorxduğu məvhumları müəyyənləşdirib və onluğunu tərtib ediblər.Oxuyun və kişiləri daha da tanıyın.

1. Bağlılıq qorxusu – Bir çox kişilər bundan qorxurlar. Bağlılıq güclü hissdir. Onlar qadına çox bağlanmaqdan qorxurlar. Amma təkcə qadınlara deyil, bir çox şeylərə də... Məsələn, çox sevimli avtomobilinə, ev bitkisinə, ev heyvanına da bağlanmaq istəmirlər. Bağlılıq sözü kişi leksikonunda “dəhşət” sözünə sinonim sayılır.

 

2. Seksqabağı qorxu – Onları düzgün başa düşün. Onlar seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Təsəvvür edin ki, seksdən sonra qadın kişi tərəfindən “Səndən öncəki partnyorum yataqda səndən daha yaxşı idi” sözlərini eşidirlər. Bundan sonra kişi nə etməlidir? Bu halda o, çoxlu vitaminlər, cinsi aktivliyi artıran dərmanlar qəbul edir, idmanla məşğul olmağa başlayır, müxtəlif "priyomıar" üzərində düşünür, daha nə edə biləcəyinə dair baş sındırır. İkinci görüşdən sonra isə kişi razı qalmır. Nə üçün? Çünki, sekslə məşğul olan zaman qadını razı salmaqdan ötrü o qədər həyəcan keçirir ki, seksdən heç həzz ala bilmir. 

Kişilər də qorxarmış?!


3. Rəqiblərinin - digər kişilərin olması qorxusu Elə qadınlar da bundan qorxurlar - digər qadınların olmasından. Təsəvvür edin ki, sevgilinizlə birlikdə şənlikdəsiniz. İçəri çox gözəl və seksual bir qadın daxil olur. O dəqiqə özünüzü çox narahat hiss edirsiniz. Əlbətdə sevgiliniz ona maraq göstərməyə də bilər. Amma bu qadının varlıgı belə sevgilinizə sizdən daha gözəl bir qadının mövcudluğunu göstərir. Beləliklə, bu fikirlər beləcə insanı narahat edir. Kişilər özündən yaraşıqlı, özündən güclü, imkanlı bir kişinin xanımının ətrafında olmasından çox narahat olarlar. Hətta bunun adını "qısqanclıq" qoyub, xanımını rəqibinə "uduzmaq" qorxusunu isə təbii ki, gizlədəcəklər. 

 

4. Müdafiə edə bilməmək qorxusu - Necə düşünürsünüz, niyə “Hörmüçək adam filmi belə məşhurdur?” Çünki, qəhrəman Piter Paker kişilər, Meri Ceyn isə qadınlardır. Gənc adam gözəl qadını xilas etməyə can atır. Bu, onun qanındadır, bəlkə də ən böyük xəyalıdır. Kişilər düşünürlər ki, bir və ya bir neçə adam onun xanımına sataşsa o, nə edər? Onun yanında olsam onu qorumağa cəsarətim çatarmı? Onu qoruya bilərəmmi? Onun yolunda canımdan keçməyə hazırammı? Əgər onu qoruya bilmirəmsə, onda mən necə həyat yoldaşıyam və ya olacağam? Bu cür fikirlər daim kişini narahat edir.
Əgər qadın tək harasa gedirsə, kişilər “Hara gedirsən?”, “Ehtiyyatlı ol”, “Çatanda zəng et” kimi tapşırıqlarını verirlər. Adətən qadınlar bundan əsəbləşərək deyirlər: “Mənə ər lazımdır, ata yox!”. Başa düşün ki, kişilər sizi nəzarətdə saxlamırlar, sadəcə öz vəzifələrini yerinə yetirirlər.
 

Kişilər də qorxarmış?!

5. Tənhalıq qorxusu – Psixoloqa gələn məktublardan birində bir dostumuz yazır: Mən tənhalıqdan bezmişdim. Evdə tək oturmaqdan, tək nahar etməkdən, tək televizora baxmaqdan, tək yaşamaqdan yorulmuşdum. Günlərin bir günü bir qızla tanış oldum. İki aydan sonra birlikdə yaşamağa başladıq. Düzünü deyim ki, bir-birimizə heç uyğun gəlmirik. Hətta aramızda böyük sevgi də yoxdur. Amma açığını deyim ki, bu, tək yaşamaqdan daha yaxşıdır.
Kişilər də qorxarmış?!


6. Birlikdə olmaq qorxusu – Bəli, təəccüblənəcəksiniz ki, birgə yaşamaqda qorxulu nə var ki. Amma birgə yaşamağın da özünə görə problemləri var. Vay o gündən ki, sevgililərdən biri pinti və tənbəl olsun. Təsəvvür edin ki, kişi çox səliqəlidir. Evində hər şey yerli-yerindədir, qadın isə əksinə, pinti və çox tənbəldir. Bulaşıq qabları da yumur ki, manikürü korlanar. İndi gəl beləsi ilə bir dam altında yaşa. Yaxud da əksinə, təmizliyə qarşı çox həssas olan qadının taleyinə, tez-tez çimməyi, ətirlənməyi, əyin-başını mütəmadi dəyişməyi sevməyən bir kişi düşüb. İndi nə etməli? Ya qadın kişinin xarakterini dəyişməlidir, ya da, əksinə. Əks halda, bu kimi cütlüklərin birgə yaşaması fəlakət olacaq. 

 

7. Ananı məyus etmək qorxusu – Kişilərin bir çoxu seçdikləri xanıma görə analarını məyus etməkdən qorxurlar. Görüşdükləri hər bir xanımı analarına göstərməyə cürət etmirlər. Amma buna görə onları “mama uşağı” adlandırmaq olarmı? Ana övladını təkcə dünyaya gətirməyib. Ana onun qayğısına qalıb, əzab-əziyyətini çəkib, onun yolunda gəncliyini, sağlamlığını belə qurban verib və s. Buna görə də, bu məhrumiyyətləri yaxşı dərk edən, vicdanlı kişilər analarının ürəyini qırmaqdan çox qorxurlar. 

 

8. Qorxaq görünmək qorxusu - Əgər kişi nədənsə qorxursa, bu, eyibdir. Amma o
qorxu hissini qəbul edərək təslim olursa, onda bu, qorxaqlıq kimi başa düşülür. Bir misala baxaq. Bir fotoqraf sevdiyi qızla nişanlanmaq istəyir. Lakin, qız oğlanın çəkdiyi çılpaq model şəkillərini bəyənməyərək, onu bu işdən uzaqlaşdırmağa çalışır. Əks təqdirdə onu tərk edəcəyi və nişanlanmayacağı ilə hədələyir. Oğlan qızı həqiqətən itirməkdən qorxur. Amma bu ultimatum da onu çıxılmaz vəziyyətdə qoyur. Əgər razılaşsam, deməli, kişi deyiləm, qız artıq mənə hörmət etməməyə başlayacaq. Yox, əgər razılaşmasam, onda da sevgilimi itirəcəyəm. Qorxaq, aciz görünməmək üçün oğlan dediyinin üstündə duraraq işindən əl çəkmir. Heç qız da onu tərk etmir və evlənirlər.
 

Kişilər də qorxarmış?!


9. Dostların yanında zəhmsiz görünmək qorxusu – Qadınlar kişilərin həyatına daxil olmazdan öncə çoxlu kişi dostları olur. Kişilər də ailə qurana qədər dostları ilə çox vaxt keçirirlər. Dostların fikri kişilər üçün niyəsə çox önəmlidir. Kişilər dostları ilə gorüşə, hansısa xanımın ucbatından gecikəndə və ya buna bənzər hallar baş verəndə, dostlarının bundan xəbər tutmasını istəmirlər. Kişilər öz çevrələrində "qadına qulluq edən", "qadının hər istək və arzusunu dərhal yerinə yetirən", "qadının sözü ilə oturub-duran, onun hər dediyini edən", "qadından ehtiyat edən, çəkinən", bir sözlə, loru dildə desək, "arvaddanqorxan" kişi kimi görünməkdən qorxurlar. 

Kişilər də qorxarmış?!

10. Adi olmaq qorxusu – Kişilərin ən çox qorxduğu elə budur. Belə bir deyim var: "Ya qələbə, ya məğlubiyyət, üçüncü yol yoxdur!" Ancaq qadınlar üçüncü yola daha meyilli olurlar və ya kişilərə belə gəlir. Qadınlar kişilərin sağlam düşüncə çatışmazlığını doldururlar. Qadınlar bütünlükdə özlərini kişilərə həsr etməkdən çəkinmirlər. Elə bu da kişiləri onlardan çəkindirir. Kişilər əllərində kağız portifellə orta statistik işçi olmaqdan qorxurlar. Onlar özlərini Karib dənizinin qulduru, Muşketyor, xalq qəhrəmanı, yaxud avtoritet, söz sahibi kimi görmək istəyirlər. Əgər kişilər yanlarında olarkən bütün qorxularını unutduran qadını taparlarsa, ondan ikiəlli yapışırlar.
2 mart 2011
GO BACK