Qadin.NET / Əfsanəvi 7 Oskar aparıcısı

Əfsanəvi 7 Oskar aparıcısı

Oskar təqdim etmək bir məşhurun ​​ən göz oxşayan rollarında biridir. Həm də olduqca çətin bir işdir. Tamaşaçıların zövq almasını təmin edən, onları əyləndirən möcüzəvi Oskar aparıcılarından 7-sini burada qeyd edirəm.

Bob Hope
Bob Oskar səhnəsinə ilk dəfə 1940-cı ildə çıxdı və 70-lərə qədər davam etdi. Bu müddət ərzində düz 18 dəfə aparıcılıq etdi. Yumor və əyləncə dolu bənzərsiz bir səs tonuna sahib olduğu mövzusunda hər kəs həmfikirdir. Hər nə olursa, olsun o öz əyləncəsini heç bir vaxt əksik etmədi.
Jonny Carson
Jonny Carson 5 dəfə Oskar aparıcılığı edib. O, qızıl standartlara sahib bir aparıcı idi. Məzəli və iynələyici təqdimatın mükəmməl bir nümunəsi idi.
Billy Crystal
Billy 90-cı illərdə və 2000-ci ildə cəmi 8 dəfə Oskar aparıcılığı edib. Bir çox insan Crystalı əfsanəvi aparıcılar siyahısında birinci sırada görür. Bəzi insanlar onun biabr olacağını fikirləşərkən, o əsla tamaşaçıları əyləndirməkdə, güldürməkdə müvəffəqiyyətsiz olmazdı. Oskarın açılış gecəsinin birində Billy səhnəyə polislərlə çıxmışdı və buna qandallı fotoşəkilini də əlavə etmişdi. 
Əfsanəvi 7 Oskar aparıcısı
Whoopi Goldberg
Məncə, Whoopi əfsanəvi Oskar aparıcıları siyahısının bir nömrəsidir. Whoopi ilk qadın Oskar aparıcısı, həm də Oskar sahibi olan ilk qara dərili aparıcıdır. Cate Blanchett və Judi Denchin yeganə kraliça roluna namizəd olduğu ildə Whoopi kraliça Elizabet paltarı geyərək möcüzəvi bir görünüş yaratmışdı.
David Niven
David köməkçi aparıcı olmasına baxmayaraq şirin üz ifadəsiylə adını əfsanələr siyahısına yazdırmağı bacarmışdır.
Əfsanəvi 7 Oskar aparıcısı

Ellen Degeneres
Oskar aparıcılığı üçün Ellen Degeneres təvazökar, sevimli, ağıllı, əyləncəli, yaxşı bir addır. Məşhurlarla arası yaxşı olan Ellen MySpace səhifəsi üçün Steven Spielbergü Clint Eastwoodla fotoşəkil çəkməyə razı etmişdi. 
Steve Martin
Bəzi tamaşaçılar əyləncəli bir adam olan Martinin zarafat və yumorlarının az qala heç kimi güldürmədiyini desələr də, mən onu seyr etmənin olduqca maraqlı olduğunu düşünürəm.
14 sentyabr 2014
GO BACK