Qadin.NET / Mercedes-Benzin Bionik Avtomobili

Mercedes-Benzin Bionik Avtomobili

Mercedes-Benzin Bionik Avtomobili

Məşhur avtomobil firması Mercedes-Benz bionik avtomobil istehsal etdi. Uzun müddət yanacaq israfını azaltmağı qarşısına məqsəd qoyan firma bu məqsədlə bir tədqiqat layihəsi həyata keçirdi. Layihədə məqsəd aerodinamik cəhətdən daha uyğun səth dizayn etmək idi. Bunun üçün uyğun həll yolunu dənizlərdə yaşayan qutu balığı (Ostraction meleagris) adlı kiçik canlıda tapdılar.

“Bionik DCX” adlı bu layihə həyata keçirilərkən ilk iş kimi kompyuterdə qutu balığının bədən formasının modelləri çəkildi. Xüsusi canlandırma proqramlarında hərəkət halındakı balığın üzərindəki havanın necə yer dəyişdirdiyi tədqiq edildi. Canlandırmalarda balığın suyun içində hərəkət edərkən suyun müqavimətini azaldan bədən formasına malik olduğu müşahidə edildi. Bu ilk baxışda tədqiqatçılara təəccüblü göründü, çünki balığın qutu formasındakı quruluşuna görə mənfi nəticə alacaqlarını düşünürdülər. Bunun səbəbi əsasən damlaya bənzəyən formalarda müqavimətin azalması idi. Ancaq daha ətraflı tədqiqatların nəticəsində qutu balığının su damlası ilə aerodinamik cəhətdən eyni uyğunluqda olduğunu müəyyən etdilər.

Nəticədə qutu balığının xüsusi quruluşu əsas götürülərək dünyanın ən aerodinamik avtomobili ortaya çıxarıldı. Əlbəttə, bu avtomobilin ən mühüm üstünlüyü əhəmiyyətli dərəcədə yanacağa qənaət etməsidir.

Mercedes-Benzin Bionik Avtomobili

Tədqiqatlar davam etdikcə başqa maraqlı həqiqətlər də ortaya çıxdı. Balığın bədən quruluşu diqqətlə nəzərdən keçirildikdə dərisinin saysız-hesabsız altıbucaqlıya bənzər sümük lövhələrlə örtülü olduğu görüldü. Bu da balığa ən az çəkidə ən davamlı bədən quruluşu xüsusiyyətini verirdi.

Daha sonra balığın bu quruluşu əsas götürülərək istehsal olunan avtomobil çərçivələrində, avtomobil qapılarının üst panellərində 40% daha çox möhkəmlik əldə edildi. Bununla bərabər avtomobilin bütün quruluşu bu üsula əsaslanaraq düzəldildikdə toqquşma təhlükəsizliyi azalmamasına baxmayaraq avtomobil 30% yüngülləşmişdi.

Dövrümüzdki bir çox avtomobildə sürtünmə əmsalı 30% ikən qutu balığından ilham alaraq hazırlanan avtomobildə bu rəqəm 0.19-a enmişdi. Sürtünmə əmsalının azalması hava müqavimətinin də azalması demək idi. Üzərindəki hava müqavimətinin azalması avtomobilin yanacaq istehlakını da 100 km-də 4.3 litrə qədər azaldaraq son dərəcə qənaətli olmasını təmin etmişdi.

Qutu balığının bədəninin bu üstün quruluşu və forması Allahın bənzərsiz yaratma sənətinin bir nümunəsidir.

 

Mercedes-Benzin Bionik Avtomobili

Aerodinamika nədir?

Aerodinamika hava ilə havanın içində hərəkət edən bərk kütlələrin qarşılıqlı əlaqəsini öyrənən elm sahəsidir. Avtomobillə bağlı bu termin avtomobillərin havanın içində necə hərəkət etdiyini öyrənməkdə işlədilir. Avtomobillərin hava sürtünmə əmsalının aşağı olması və havanın içindən daha rahat keçməsi, həm avtomobilin müvazinətinə, həm də yanacaq istehlakına müsbət təsir edir. Dövrümüzdə normal avtomobillərin sürtünmə əmsalı 0.30-a yaxındır.

İzhar Kazımov

15 sentyabr 2014
GO BACK