Qadin.NET / Sosial media və online etiket qaydaları

Sosial media və online etiket qaydaları

Sosial media və online etiket qaydaları
Günümüzdə sosial media vasitələri ilə şəxsi və biznes əlaqələrinin qurulması geniş vüsət aldığına görə, hər bir sahədə olduğu kimi burada da effektli nəticələr əldə etmək üçün online etiket və sosial media tələb və qaydalarını bilmək və uyğun hərəkət etmək vacibdir.
Hər hansı bir görüş və ya kütləvi tədbirlərdə təbii ki əlaqə qurmaq və davam etdirmək üçün vizitkartlar dəyişdirilir. Artıq vizitkartların çoxunda ənənəvi əlaqə yollarından (telefon, fax, e-mail) əlavə kart sahibinin "facebook", "linkedin", "twitter", şəxsi səhifə və ya bloq, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə "vkontakte" ünvanları da göstərilir.
Ancaq təbii ki, müxtəlif şəxslərin qeyd olunan ənənəvi və sosial media vasitələrindən istifadəsi eyni səviyyədə deyildir. Kimi daha çox Linkedin istifadə edir, kimi Facebook və ya Twitter. Ya da e-mail və ya telefona digər vasitələrdən daha öncəlik tanıyırlar. Belə olduğu təqdirdə hansı bir vasitə ilə əlaqə saxlayacağımızı düşünəcəyik:
- Facebookda dostluq dəvəti,
- Twitterdə izləmək,
- Linkedindən təklif,
- E-mail vasitəsilə əlaqə yaratmaq,
- Zəng etmək və s.?
Sosial media və online etiket qaydaları

Sosial media vasitələri nə qədər geniş yayılsa da, qeyd etdiyim kimi hər bir şəxsin bundan istifadə dərəcəsi fərqlidir. Sosial media və online etiket qaydaları da məhz elə ilk növbədə hansı əlaqə vəsaitindən istifadə ediləcəyindən başlayır və əlaqələrin necə davam etdirilməsi qaydaların əhatə edir.
Buna görə də bu qaydalara əməl etmək məsləhətdir:
- Vizitkart dəyişdirildiyi zaman və ya kimdənsə vizitkart alınan zaman onunla hansı vasitə ilə əlaqə saxlaya biləcəyinizi soruşmaqdan çəkinməyin;
- Həm "On" həm də "Off-line" olaraq sosiallığı inkişaf etdirin.
Sosial media və online etiket qaydaları

Hansı sahədə olursa, olsun hər bir şəxsin on-line fəaliyyəti ilə off-line fəaliyyətləri bir birinə əks olmamalı, bir-birini tamamlamalı və ya üst-üstə düşməlidir. Bu həmin şəxsə güvən yaradır. On-line fəaliyyət və ya on-line fikir və ifadələrlə off-line hərəkət, fikir və ifadələr bir birinə zidd olarsa və ya fəaliyyət sadəcə on-line olaraq aparılarsa, bu həmin şəxsə etibar qazandırmayacaqdır. Ona görə də hər hansı sosial şəbəkə vasitəsində kontakt sayısı ilə bərabər bu kontaktlarla on-line və off-line əlaqə davamlılığı da çox əhəmiyyətlidir.
Məsələn, Linkedində ixtisaslara yönəlik qruplara üzvsünüzsə, sadəcə oxumaqla, kənardan izləməklə kifayətlənməməli, hansısa göndərilən yazı və ya ismarıc haqqında fikir bildirmək, fikrinizə və ya ismarıcınıza olan rəyləri cavablandırmaq kimi on-line etiket qaydalarından istifadə etmək, əlbəttə ki, sağlam əlaqələr üçün daha effektlidir.
Sosial media və online etiket qaydaları
Faydalı əlaqələr qurmağa çalışın
Sosial şəbəkələrin əsas qaydası budur: "Nə isə verin və nə isə alın" və ya "paylaşın və qəbul edin".
Əgər sosial şəbəkədə aktivliyinizi artırmaq və qarşılıqlı rəğbət və qəbul olunmaq istəyirsinizsə, edilən paylaşımlara münasibət bildirmək, bəyənmək və paylaşmaq çox vacibdir. Təbii ki, kiminsə tweetini, statusunu, yazısını bəyənmək və ya paylaşmaqla siz onun fikirlərini və bilgisini qəbul etdiyinizi göstərirsiniz. Şəbəkə effekti sizə geri dönüşümü təmin edəcəkdir.
Sosial media və online etiket qaydaları
Hər hansı sahədə (təbii ki öz sahənizdə) ekspert olmağa çalışın
Sosial media qaydalarından biri "un-market"-dir. Sosial şəbəkələrdə nəyisə satmağa çalışmayın. Sosial şəbəkədəki məhsulunuz sizin bilginiz olmalıdır. Ancaq bu bilgi ekspert bilgisi səviyyəsinə çatmalıdır. Yəni nəyisə birbaşa satmağa çalışmamaq, satacağınız məhsul ilə əlaqədar bilgilər vermək, fikir və müzakirələr aparmaq daha uyğundur.

Hər kəsə  hər iki "on-line" və "off-line" istiqamətdə uğurlu əlaqələr diləyirəm...
7 sentyabr 2014
GO BACK