Böyük bir burun, yekə qulaqlar, geniş bir omba… Dərd etdiyiniz bir fiziki xüsusiyyətinizin əslində sağlamlığınız üçün ‘fayda' mənasını verdiyini öyrənmək nə qədər təsəlli edici olar, elə deyilmi?
Böyük ombaların faydaları
Araşdırmalara görə böyük omba pis xolesterolu ortadan qaldırıb, damar sərtləşmələrinə qarşı qoruyucu olan yaxşı xolesterolu yüksəldir. Həm də böyük omba diabet riskini də ortadan qaldırır. Yağlı olmağında əhəmiyyəti var. Ombadakı və qıçlardakı yağlar yaxşı, amma qarın ətrafındakı yağlar pisdir.
Kiçik məmələrin faydaları
Böyük məmələr kürəkdəki qıvrımları dəyişdirərək ağrıya səbəb ola bilir. Digər tərəfdən kiçik məmələr daha həssasdır. Edilən araşdırmaya görə böyük məmələr, kiçik məmələrdən yüzdə 24 dəfə az həssasdır. Məmə ucundan həssaslığı çatdıran sinirlər kiçik məmələrdə daha gərgin olur.
Böyük qulaqların faydaları
Böyük qulaqlar yaşlanmaqla birlikdə yaranan eşitmə itkisini önləyə bilər. Qulağımızın xarici qismi səsləri müəyyən bir yerə toplama mövzusunda əhəmiyyətli rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əllərini qulağının arxasına qoyduğunu görmüşük. Qulaq daha böyük olduğunda qulaq kanalınızda daha çox səs axışı yaranır.
Qalın barmaqların faydaları
Gözəl görünməsələr də qalın barmaqlara sahibsinizsə özünüzü şanslı saymalısınız. Elm insanlarına görə qısa barmaqlar insanların daha yaxşı qaçmalarına kömək edir. Uzun barmaqlarsa bu funksiyaları görmək üçün daha çox enerji tələb edir. Uzun barmaqlılar daha elastik tirlərə sahib olduğundan daha çox yaralanmağa da məruz qalır.
Qısa ayaqların faydaları
Araşdırmalar qısa qıçların daha qalın sümüklü olduğunu, bunun sağlam yaşlılıq üçün əhəmiyyətli olduğunu göstərir.
Böyük burnun faydaları
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz parçacıqlarını və bakteriyaları tənəffüs etməmizə maneə törədir. Araşdırmaçılar böyük burunların pislikləri içinə yüzdə 7 daha az çəkdiyini göstərir. Böyük burunlar eyni zamanda soyuqdəymənin təsirlərini də azaldır.