Qadin.NET / Maraqlı təsadüflər

Maraqlı təsadüflər

Maraqlı təsadüflər

1898-ci ildə jurnalist-yazar Morgan Robinson "Titan" adli bir kitab yazdi. Kitabda boyuk bir reys gəmisi okeanda aysberqə çarpırdı. 14 il sonra "Titanik" dəniz faciəsi meydana gəldi.

Təsadüflər zəncirinin ən inanılmazi 1981-ci ildə ABŞ-ın Boston şəhərində meydana gəldi. Randof Matika ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün eyvana çıxdı. Düşən ildırım kürəkənin ölümünə səbəb oldu. Qadin sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. Bir həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu. 

Maraqlı təsadüflər

Kristina Veroni 1991-ci ildə İtaliyanın Torino şəhərində tramvay vurması nəticəsində öldü. 4 il sonra atası Vittorio eyni keçiddə, eyni sürücünün istifadə etdiyi eyni tramvayın vurması nəticəsində öldü.

Cənubi Afrika Respublikasında Cape Town Ticarət otağının illik konqresində iş adamı Daniel de Toit leksiyasını belə bitirdi: "Həyat gözlənilməz bir zamanda gözlənilməz şəkildə sona çata bilər." De Toit kürsüdən enərken ağzına atdığı şəkərin boğazına qaçması nəticəsində öldü. 

Maraqlı təsadüflər

Yer: Amerikanın Kaliforniya əyaləti. Riçard Bensinger adlı təqaüdçü dəmir yolu işçisi idi. O, 1957-ci ildə Eureka qəsəbəsindəki körpüdə gedərkən halı pisləşdi və öldü. 2 il sonra oğlu Hiram eyni körpüde həyatını itirdi. 6 il sonra Hiramin oğlu David də eyni körpüdə avtomobil qəzasına qurban getdi.

İngiltərənin Bristol limanı yaxınlığında 5 dekabr 1668-ci ildə bir gəmi batdı. Yalniz Hugh Williams adlı bir sərnişin xilas oldu. 1784-cü ildə eyni bölgədə yeni bir qəza oldu. 60 dənizçi arasında yalnız ikinci kapitan Hugh Williams xilas oldu. 1952-ci ildə eyni yerdə üçüncü bir gəmi batdı. Xilas olan tək yolçunun adı Hugh Williams idi.

Turan Qafqazlı

3 sentyabr 2014
GO BACK