Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, ətrafa baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.
Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.
Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları… Əlinizə yan tərəfdəki şəkillərə bənzəyən bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. Kainatdakı hər şeyin təsadüflər nəticəsində öz-özünə inkişaf edərək ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin tərəfdarları təbiətdə nümayiş etdirilən bu rəng müxtəlifliyi, simmetriya və nizam qarşısında bir açıqlama verə bilmirlər. Bu cür qüsursuz nizamın öz-özünə, kortəbii təsadüflər, şüursuz hadisələr ilə açıqlana bilməyəcəyi aydındır.
Təkamülçülərin irəli sürdükləri iddialar ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın əmələ gəlməsini açıqlamaları heç cür mümkün deyil. Bu ağıl sahibi hər insanın dərhal fərqinə varacağı açıq-aydın həqiqətdir. Belə ki, nəzəriyyənin banisi olmasına baxmayaraq Çarlz Darvin də bu həqiqəti etiraf etməyə məcbur olmuşdur: “Parlaq rənglər, erkək balıqların bala çıxarması, parlaq dişi kəpənəklər… bu gözəlliyin təbii seçmənin nəzarətilə əmələ gəldiyini düşünə bilmirəm.” (Francis Darwin, Life and the Letters, Vol. II, s.305)
Əlbəttə, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəllik nümunələrinin, rəngarəng kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, gilasların, cəlbedici rənglərilə tutuquşuların, tovuzquşlarının, bəbirlərin, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüflərlə əmələ gəldiyini ağıl və məntiq sahibi heç bir insan iddia etməz.
Kazımov İzhar