Qadin.NET / Günəş Sistemində səyahət

Günəş Sistemində səyahət

Günəş Sistemində səyahət

Əgər Günəş sistemində səyahət etsəniz, olduqca maraqlı bir mənzərə ilə qarşılaşarsınız. Səyahəti sistemin lap kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız planet Neptundur. Bu planet olduqca “soyuq”-dur: səthinin temperatru -218°C-yə yaxındır. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Habelə, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Bir az da irəlilədikdə Urana çatırsınız. Uran quruluşunun çox hissəsi qaya və buz olan “qaz planet”-dir. Atmosfer temperaturu -214°C-yə yaxındır. Hidrogen, helium və metandan ibarət olan atmosferi həyat üçün əsla uyğun deyil. Səyahətə davam etdikdə Saturna çatırsınız. Günəş sisteminin bu ikinci böyük planeti ətrafındakı halqalarla tanınır. Bu halqalar qaz, buz və qaya parçalarından ibarətdir. Saturnun quruluşu çox maraqlıdır. Planet tamamilə qazdan ibarətdir, kütləsi 75% hidrogen və 25 % heliumdan ibarətdir. Sıxlığı suyun sıxlığından da azdır. Bu səbəbdən əgər Saturna kosmik gəmi göndərmək istəsəniz, onu üzən “şişirdilmiş rezin qayıq” kimi düzəltməlisiniz. Temperatur həddindən artıq aşağıdır: -178°C.

Günəş Sistemində səyahət

Bir az da irəlilədikdə Günəş sisteminin ən böyük planeti Yupiterə çatırsınız. Kütləsi Yer kürəsindən 318 dəfə böyük olan Yupiter də qaz planetidir. Yupiter planetinin atmosferini, səthini və daxili quruluşunu bir-birindən fərqləndirmək çətin olduğuna görə “atmosfer temperaturu” kimi anlayışdan istifadə etmək də çətindir. Ancaq planetin atmosferi hesab edilən yuxarı hissəsindəki temperatur -143°C-dir. Yupiterin səthində böyük qırmızı ləkənin olması Yerdəki müşahidəçilərə təxminən 300 ildir ki, məlumdur. Yer kürəsini 2 dəfə əhatə edəcək qədər böyüklükdə olan bu qırmızı ləkənin böyük fırtına olduğu isə dövrümüzdə bilinmişdir. Qısacası, Yupiter heç bir quru hissəsi olmayan, dondurucu soyuğun hakim olduğu, yüz illərlə davam edən fırtınaların əsdiyi, hər canlını bir anda öldürəcək maqnetik sahəsi olan qorxunc, tük ürpədici planetdir.

Yupiterdən sonra Mars gəlir. Marsın atmosferi qatı karbondioksiddən ibarət zəhərli qarışıqdır. Planetdə heç su yoxdur. Səthində böyük meteoritlərin toqquşmasından meydana gələn nəhəng kraterlər diqqət çəkir. Çox güclü küləklər və aylarla davam edən qum fırtınaları hökm sürür. Temperatur -53°C-yə yaxındır. Bütün şübhələrə baxmayaraq Mars ölü planetdir.

Marsdan sonra qarşımıza çıxan mavi planeti hələlik bir kənara qoyaq. Sonrakı planet Veneradır. Venerada daha əvvəl rast gəldiyimiz dondurucu soyuqların əksinə yandırıcı isti hökm sürür. Temperatur səthdə təxminən 450°C-yə çatır. Bu temperatur qurğuşunu belə əritməyə kifayət edər. Atmosfer təzyiqi səthdə 90 mm civə sütunudur. Bu, Yer kürəsində dənizin 1 km dərinliyindəki təzyiqə bərabərdir. Veneranın atmosferində kilometrlərlə qalınlığa malik sulfat turşusu təbəqələri mövcuddur. Buna görə də planetə davamlı olaraq öldürücü turşulu yağışlar yağır. Cəhənnəmi xatırladan belə bir mühitdə heç bir canlı yaşaya bilməz.

Günəş Sistemində səyahət

Yenə Günəşə doğru irəliləməyə davam etsəniz, sistemin lap kənarındakı Merkuri planetinə çatarsınız. Merkurinin ən maraqlı xüsusiyyəti öz oxu ətrafında həddindən artıq yavaş fırlanmasıdır. Öz oxu ətrafındakı fırlanma sürəti təxminən Günəşin ətrafında fırlanma sürəti qədər yavaşdır. Belə ki, Merkuri Günəş ətrafında iki dəfə fırlandıqda öz ətrafında sadəcə üç dəfə fırlanmış olur. Yəni iki ili üç gününə bərabərdir. Gecə ilə gündüzün bu qədər uzun olması planetin bir üzünü qızardır, o biri üzünü isə dondurur. Buna görə gecə ilə gündüz arasındakı temperatur fərqi təqribən 1000°C-dir. Əlbəttə, bu cür mühit heç bir canlının yaşaması üçün uyğun deyil.

Qısaca desək, Günəş sistemindəki məlum səkkiz planetin yeddisi  (və onların burada bəhs etmədiyimiz peykləri) arasında həyat üçün uyğun bircə göy cismi də yoxdur. Hər biri ölü və səssiz maddə yığınıdır.

Ancaq bir az əvvəl toxunub keçdiyimiz mavi planet, məhz o digərlərindən fərqlidir. Çünki atmosferindən yer üzü formalarına, temperaturundan maqnetik sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər hər cür müvazinətilə tamamilə həyat üçün xüsusi şəkildə yaradılmışdır.

Kazımov İzhar 

30 avqust 2014
GO BACK