Bu gün sizə xəbərimin ən maraqlı və sonuncu hissəsini təqdim edirəm. Mütləq izləyin və fikirlərinizi, şərhlərinizi də əsirgəməyin.
1. Belitz əsgər xəstəxanası, Almaniya
Bura birinci dünya müharibəsi zamanı yaralanan Adolf Hitlerin müalicə aldığı xəstəxanadır.
Birinci dünya müharibəsindən sonra xəstəxana tərk edildi və daha istifadə edilmir.
2. Jatinga-quş intihar bölgəsi, Hindistan
Hər il sentyabr, oktyabr aylarında yüzlərlə quş dəstə halında bura gələrək intihar məqsədli enişlər edir və özlərini öldürürlər. Ən maraqlısı isə budur ki, bu hadisə hər il eyni aylarda və saat 7 ilə 10 arasında baş verir.
3. Qriffit heyvanxanası, Los Angeles
Bura əslində əcaib və ürküdücü bir yerdir. Los Angeles bələdiyyəsi bu heyvanxananı dağıtmaq əvəzində xalqa açıq elan edibdir.
4. Muynak, Özbəkistan
Sovet dönəmində burada bir göl var idi. Elə həmin dönəmdə gölə axan çaylar qurudulduğu üçün göl də qurudu.
Bu böyük göl indi sadəcə bir gəmi məzarlığına çevrilib.
5. Adamyeyən məzarlığı, Almaniya
Məzarlığın təqribən 7000 yaşı var. Burada orta hesabla 500 insanın qalıntıları var. Burada basdırılmış insanlar başlarından daşla və ya digər əşyalardan vurularaq öldürülüb. Qalıntılar da bunu sübut edir.