Dünyada hekayələri olan ürküdücü yerlər olduqca çoxdur. Yer üzərində bir sıra məkanlar var ki, orada baş verən qorxulu bir hadisə və ya onunla əlaqəli olaraq yayılmış bir əfsanəyə görə həmin ərazi insanları ya qorxudur, ya da diqqətini daim öz üzərinə çəkir. Bu xəbərimdə sizlərlə elə yerlərin bəziləri barədə məlumatlar və şəkillərini paylaşmaq istəyirəm. Buyurun, baxın və qətiyyən qorxmayın.
1. Helltown, Ohio
Bu qəsəbə dövlət tərəfindən böyük bir park inşası üçün alınmışdı. Ancaq göründüyü kimi bu park heç bir zaman salınmadı. Ərazidən geriyə qalan isə yarımçıq evlər, yollar və qorxulu hekayələr oldu.
2. Lip qalası, İrlandiya
Bu qala dünyada pərili hesab edilən yerlərin birincisidir.
3. Cincinati metrosu, Ohio
XX əsrin əvvəllərində bu şəhər izdihamlı şəhər idi. Şəhərin bir metroya ehtiyacı olduğu üçün metro tikmək qərarı qəbul edildi, amma metronu bitirmək üçün bələdiyyənin kifayət qədər pulu olmadı. Pul bitdiyinə görə metro da yarımçıq qaldı. Nəticədə isə bu ərazi tərk edilmiş əraziyə çevrildi.
4. Gəlincik adası, Meksika
Meksika tərəflərdə bir qrup kanal və adalar var. Bu adalardan biri gəlincik oyuncaqları ilə doludur.
Bu oyuncaqlar kanaldan cəsədi tapılan bir qız uşağının xatirəsini anmaq məqsədilə bir adam tərəfindən bu adaya gətirilibdir.
5. Viliska-baltalı cinayət evi, ABŞ-ın Lowa əyaləti
1912-ci il iyunun 10-da bu evdə faciəli bir qətliam yaşanılıb. Həmin gecə 6 nəfərlik ailə və o zaman onlarda qonaq qalan iki uşaq balta ilə öldürülmüşdür. Qurbanlar bunlar idi: Mur ailəsinin üzvləri-Josiah (43), xanımı Sara (39), uşaqları-Herman (11), Katerina (10), Boyd (7), Paul (5) və qonaq gəlmiş İna Stilinger(8) və Lena Stilinger(12).
Bu cinayət də qatı açılmamış cinayətlər siyahısına daxil oldu.