Qadin.NET / Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif

Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif

Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif
Həyatımızın az qala hər dövründə dərs hazırlamaq məcburiyyətində qalırıq. Kölə kimi qəbul imtahanları-universitetə qəbul imtahanları, attestat imtahanları-özümüzü daim dərs hazırlayarkən görürük. Kimimiz bu mövzuda təcrübəli olduğumuz və vərdiş etdiyimiz üçün çətinlik çəkmirik, lakin bir çoxumuz dərs hazırlamağı məcburiyyət hesab edirik. Hələ yay tətilində boş buraxdığımız dərslər bizim üçün sözün əsl mənasında işgəncəyə çevrilir. Diqqətsizlik və anlaşılmazlıq kimi problemlər dərs hazırlama sürətimizi yavaşladır və bizə mənfi təsir göstərir. Bəzən də çox oxuyub çalışmağımıza baxmayaraq müvəffəqiyyət əldə edə bilmirik. Bunun səbəbi isə dərslərimizin üstündə yaxşı durmadığımızdan irəli gəlir. Necə dərs hazırlamaq haqqında bir fikri olmayanlar üçün bir neçə məsləhət vermək istəyirəm.
Dərs hazırlayacağınız mühit
Çalışma mühitiniz sizin rahat ola biləcəyiniz və sıxılmayacağınız bir mühit olmalıdır. Böyük və açıq rəngli otaqlar sizlər üçün hər zaman əlverişlidir. Eyni zamanda açıq məkanlar da dərs hazırlamağa istəyinizi artıra bilər. Yaz və yay aylarında masanızı (bağınız yoxdursa) eyvana çıxardaraq açıq havada dərslərinizi hazırlaya bilərsiniz. Otağınızın təmiz və səliqəli olmağı dərs hazırlayarkən diqqətinizin dağılmamasına və dərslərinizə daha çox diqqət yetirmənizə kömək olar. Səliqəli bir mühitdə çalışmağa diqqət yetirin.
Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif
Mövqe
Dərs hazırlayarkən aldığınız mövqe çox önəmlidir. Məsələn, yatağınızın üstünə uzanaraq dərs hazırladığınız zaman yuxunuz gələr və bir müddət sonra dərs hazırlamaqdan canınız sıxılar. Eyni zamanda rahat olmayan və sərt yerdə oturub dərs hazırladıqdan bir müddət sonra belinizdə və ayağınızda ağrılar meydana gələ bilər ki, bu da dərsinizi erkən bitirməyinizə səbəb olar. 
Qovluqlarınız
Dərs hazırlamağa başlamazdan əvvəl bütün qovluqlarınızı, kitab və dəftərlərinizi yanınıza qoyun. Beləcə dərs zamanı tez-tez yerinizdən qalxmaq məcburiyyətində qalmazsınız və fikriniz dağılmaz. 
Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif
Proqram
Geniş və əhatəli proqramlar hər zaman ləğv olunur, bu da dərs hazırlamağa həvəsinizi qaçırda bilər. Buna görə də ətraflı proqramlar yaratmaq yerinə daha sadə planlar edə bilərsiniz. Bir gündə bir dərsi və bir mövzunu yerinə yetirmək əvəzinə hər gün bir neçə fərqli dərsləri qısa bir şəkildə hazırlaya bilərsiniz. Beləcə, dərslərdən sıxılmazsınız. 
Ətraf mühitin səsləri
Səsiz bir mühitdə dərs hazırlamağa diqqət edin, ancaq hərdən səsli məkanlarda da dərs hazırlaya bilərsiniz. Bu, sizin səsə alışaraq imtahanda kənardan gələ biləcək səslərdən təəsirlənməməyinizi təmin edəcək. Qulaqlarınızda qulaqcıqlarla dərs hazırlamağınız doğru bir davranış şəkli deyil.
Yazaraq çalışın.
Dərs hazırlayarkən qeydlər aparmağa diqqət edin. Oxuduqlarınızı bir dəfə yazmağınız onların yaddaşınıza həkk olmasına kömək olacaq. 
16 avqust 2014
GO BACK