Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçi edəcək təmsilçilərin adları açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu il Azərbaycanı müsabiqədə Eldar Qasımov və Nigar Camal duet şəklində təmsil edəcəklər.
Biraz bundan qabaq münsiflər heyətinin üzvləri - İsmayıl Ömərov, Lalə Kazımova, Rauf Babayev, Mənzər Nurəliyeva, Faiq Sücəddinov, Zəhra Bədəlbəyli və Zülfiyyə Xanbabayeva qapalı görüş keçiriblər.
Görüşdən sonra İTV-nin Baş Direktoru İsmayıl Ömərov bildirib ki, münsiflər müsabiqəyə Eldar Qasımovla Nigar Camalın göndərilməsini qərara alıblar. Onlar müsabiqədə duet ifa edəcəklər.

Doğrusu biz öz adımıza bu seçimin çox ədalətli olduğunu düşünürük. 5 iştirakçının ən layiqliləri idilər. İnşallah Azərbaycanın adını lazımlı şəkildə təmsil edərlər və qalib olub bütöv Azərbaycan xalqını sevindirərlər.
Əziz Qadın.net istifadəçiləri,siz təmsilcilərimizlə bağlı nə düşünürsuz?Sizcə bizi qalibiyyətə apara biləcəklərmi?Azərbaycanı Avropanın ən çox səs gətirən müsabiqəsində təmsil etməyə layiqdirlərmi?