Rentgen - tibb sahəsində dünyanın bütün ölkələrində istifadə olunan və insan sağlamlığının dəqiq müəyyənləşməsində yardımçı olan aparatdır.Yaradıcısı Vilhelm Konrat Rentgendir.
O,1845-ci ildə anadan olmuşdur.Avropanın bir çox ölkələrində təhsil almış və fizika elmləri üzrə çoxlu mühazirələr oxumuşdur.Rentgen 1895-ci ildə ilk dəfə olaraq yeni növ şüalanma üsulunu ixtira etmişdir.
O,yeni şüalanma işığının insanlarda bütün əzələ üzvlərini dəqiqliyilə göstərərək,qalın kağızdan və dəmirdən keçdiyinin şahidi olmuşdur.İxtiraçı yeni kəşfinin çox əhəmiyyətli olduğunu sübuta yetirmək üçün,ilk öncə öz üzərində təcrübə aparmışdır.Belə ki,o,1896-cı ildə öz biləyinin şəklini çəkmiş və bütün sümüklərinin aydın göründüyünü elm sahəsində sübuta yetirmişdir.
Və bu uğurun adına X –iks adı vermişdir.Zamanla bu təkmilləşərək,ixtiraçının öz adını yəni professor,fizika elmləri doktoru Vilhelm Konrat Rentgenin şərəfinə “ Rentgen” adlandırılmışdır.Rentgen,belə dəyərli ixtirasına görə 1901-ci ildə Nobel mükafatına layiq görülmüşdür.Böyük alim 1923-cü ildə vəfat etmişdir.