Qadin.NET / Belə heyvanlar görmüsünüz?

Belə heyvanlar görmüsünüz?

Belə heyvanlar görmüsünüz?
1. Dovşan: Bu sevimli dovşan 2009-cu ildə dünyaya gəlib. 3 ay boyunca bədənində tük yox idi. Buna görə də olduqca məhşur oldu. Lakin 3 aydan sonra tükləri çıxmağa başlayır və normal bir heyvan olur. 
Belə heyvanlar görmüsünüz?
2. Ayı "Dolores": Leipzig, Almaniyada olan bir zooparkda yaşayır. Dişi ayılarda heç vaxt rast gəlinməyən şəkildə  birdən-birə bütün tükləri tökülüb və bu hala gəlib. Heç bir sağlamlıq problemi olmayan bu ayının genetik bir pozulma səbəbindən tüklərinin tökülmüş ola biləcəyi düşünülür.
Belə heyvanlar görmüsünüz?
3. Kirpi: Foxy Lodge Recovery (qurtarma) mərkəzində yaşayan kirpi "Betty" ilə tanış olun! Dünyanın ən sevimli kirpilərindən biri olan Bettynin bilinməyən səbəblərə görə tikanları çıxmır.
Belə heyvanlar görmüsünüz?
4. Tutuquşu "Oskar": "Moluccan cockatoo" cinsindən olan bir tutuquşudur və 35 yaşı var. Yalnız quşlara xas bir xəstəliyə tutulan Oscar narahat olduğu üçün özü öz tüklərini yolur. 
Belə heyvanlar görmüsünüz?
 5. Pinqvin: Bu bala pinqvin tüksüz olaraq dünyaya gəlib. Buna görə də ailəsi onu rədd edib. Çinin Liaoning şəhərində yerləşən bir su parkında yaşayan bu heyvan, baxıcılarının fədakarlığı nəticəsində sağaldılıb və yavaş yavaş tükləri çıxmağa başlayıb. 
Belə heyvanlar görmüsünüz?
6. Siçan: Tüksüz siçanlar labaratoriya şəraitində fərqli genlərin  kombinasiyasıyla yaradılıb. 
Belə heyvanlar görmüsünüz?
7. Şimpanze: Şimpanzelər, digər meymunlar kimi alopecia xəstəliyinə tutula bilir. Bu xəstəlik səbəbiylə də bədənlərindəki bütün tükləri tökülür.
Belə heyvanlar görmüsünüz?
8. İt: Bu cinsin adı "Peru tüksüz iti"dir. İrq xüsusiyyətinə görə tükləri yoxdur. Bu xüsusiyyətiylə tüklü heyvanlardan xoşu gəlməyən insanlar tərəfindən seçilən it cinsidir.
Belə heyvanlar görmüsünüz?
9. Hamster: Genetik bir pozuqluq səbəbiylə tüksüz doğulan hamsterlar bir növ deyil. Yalnız tüksüz valideynlərin balaları tüksüz olur.
Belə heyvanlar görmüsünüz?
10. Vombat:  Vombatlar 7 aylıq olana qədər analarının kisələrində yaşayırlar. Lakin bu balanın anası 3 aylıq olarkən ölüb və bala anasının kisəsindən çıxardılmaq məcburiyyətində qalıb. Tüklərinin olmamasının səbəbi də hələ çox kiçik olmasıdır.
10 avqust 2014
GO BACK