Qadin.NET / Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

Elm adamları işıq yayan təsirli və faydalı cihaz kəşf etdikdə eyni metoddan kəpənəklərin 30 milyon ildən bəri istifadə etdiklərini bilmirdilər!

Qısa şəkildə LED adlandırılan işıq yayan diodlardan (tək istiqamətə elektrik axınını ötürən dövrə komponenti) əsasən elektron cihazların göstəricilərində və avtomobilərin stop lampalarında işıqlandırma məqsədilə istifadə edilir. Ancaq normal LED-lərdən çıxan işıq ilə düzgün şəkildə işıqlandırılma olmur. Elm adamları bunun səbəbini işığın zəif yayılması ilə açıqlayırlar.

Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

2001-ci ildə dünyanın qabaqcıl texnologiya universitetlərindən MTİ-də (Massaçusets Texnologiya İnstitutu) Aleksey Erçak və həmkarları daha faydalı LED düzəltməyi bacardılar. Elm adamları MTİ-də təkmilləşdirilən LED-nin xarici təbəqəsinə işığın daha yaxşı yayılması üçün üçbucaq qəfəs formasında dəliklərdən ibarət iki ölçülü fotonik kristal yerləşdirdilər. Beləliklə, bu LED-də “Bragg reflektorları” adlandırılan reflektorlarla işığın elm adamlarının istədiyi istiqamətdə yayılması da təmin edildi. Əldə edilən LED  standard növlərə nisbətən çox böyük işıq saçma qabiliyyətinə malikdir.

Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

Haçaquyruqlar Şərqi və Mərkəzi Afrikada yaşayan kəpənək növüdür. Bu kəpənəklər işıqdan yeni LED texnologiyasındakı kimi istifadə edirlər. Afrika haçaquyruqlu kəpənəklərinin bu texnologiyadan 30 milyon ildən bəri istifadə etdiklərini ilk dəfə açıqlayanlar İngiltərədəki Ekseter Universitetindən Pitr Vukusik və lan Huperdir.

Bu kəpənəklərin qanadları tünd rəngdədir və üzərində parlaq mavi və ya mavi-yaşıl nöqtələr var. Elm adamlarını təəccübləndirən cəhət kəpənəklərin qanadlarındakı pulcuqların piqmentli iki ölçülü fotonik kristallar kimi fəaliyyət göstərməsi və sıx fluoresyent işıq verən formada düzülməsidir. Kəpənəklərin qanadlarına rəng verən piqmentlər ultrabənövşəyi işığı udaraq fluoresyent lampalar kimi parlaq mavi-yaşıl işıq kim geri yayırlar.

Piqmentlər qanadın səthi boyu bərabər şəkildə yayılmış mikrodəliklərdən ibarət bölgədə yerləşir. Qanadın üzərindəki pulcuqların içində yerləşən silindrşəkilli dəliklər eynilə yeni LED-lərdəki fotonik kristallara uyğun gəlir. Əgər belə olmasaydı, kəpənək qanadlarından yayılan işığın böyük hissəsi itəcəkdi.

Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

Güclü LED-lərdəki texnologiya ilə kəpənəyin qanadındakı işıq saçma sistemi arasındakı bənzərlik bununla bitmir. Kəpənəyin qanadındakı pulcuqların altında fluoresyent işığı yuxarıya doğru əks etdirən güzgü də olur. Bunlar güclü LED-lərdəki “Bragg reflektoru” ilə eyni funksiyanı yerinə yetirirlər. Kəpənəyin işıq sistemində LED-lərdəki kimi öz radiasiya enerjisini hazırlayan yarımkeçirici yoxdur. Dr. Vukusik BBC-nin internet səhifəsində yerləşdirilən müsahibəsində kəpənəkdəki bu xüsusiyyətin əldə edilən keyfiyyəti iki qat artırdığını bildirir.

Buna bənzər cihazın dövrümüzün texnologiyası ilə düzəldilməsi bu işıq saçma sisteminin təsadüfən  əmələ gəldiyini irəli sürmək tamamilə ağıldankənardır. Aydındır ki, Allah haçaquyruq kəpənəyi və digər kəpənəklərlə xəbərləşmək üçün istifadə etdiyi mükəmməl işıq saçma sistemini qüsursuz şəkildə yaratmışdır.

Kəpənəklərdəki 30 milyon illik işıq texnologiyası

Reflektorlar üzərlərinə düşən işığı geri əks etdirmək məqsədilə istifadə edilən istiqamətləndirmə vasitələridir. Bir reflektor üzərinə düşüən işığı nə qədər çox geri qaytarırsa, o qədər keyfiyyətlidir. Keyfiyyətli reflektorları hazırlamaq üçün xüsusi məmulat və optik bilik lazımdır (Sonuncu şəkilə baxın). Haçaquyruq kəpənəyin qanadı da bu cür refloktorlarla örtülüdür. Şübhəsiz, haçaquyruq kəpənək reflektorlarla fotonik kristalları birlikdə istifadə etmək üçün lazım olan bilik və zəkadan məhrumdur. Sistem təkamülçülərin iddia etdiyi kimi təsadüfi dəyişikliklərlə mərhələ-mərhələ əmələ gəlməyəcək qədər mürəkkəbdir. Kəpənəkdəki bu quruluş bir anda və tam şəkildə üzə çıxmışdır. Sonsuz elm və qüdrət sahibi Allah bu qüsursuz sistemi kəpənək ilə birlikdə yaratmışdır.

İzhar Kazımov

31 avqust 2014
GO BACK