Qadin.NET / Ruhu yaşından böyük

Ruhu yaşından böyük

 

Doğum tarixi - 26 fevral 1984

Doğulduğu yer – Ankara

Boyu – 1,64

Adının mənası – pambıq kimi ağ və yumşaq

Göz rəngi – yaşıl

Oxuduğu ali təhsil ocağı – Başkənt Universiteti

İxtisası –  idarəetmə

Hobbiləri – rəqs etmək,rəsm çəkmək,tennis oynamaq, kinoya getmək.

Ən sevimli rəngi – bənövşəyi

İtinin adı – Bitter

İlk addımları – “Türkiyənin Ulduzları” yarışması

Uğur qazandığı serial – Aşka sürgün 

İlk baş rolunda tərəf müqabili – Mahsun Kırmızıgül

Çətinlik çəkdiyi hərəkət -  hündürdaban ayaqqabılarda gəzmək

Beren Saatın öz gözəlliyi haqda düşüncəsi –kamera qarşısında gözəl görünürəm.Çünki makiyajdayam.Digər vaxtlarda adi qadınam.Bu vaxta qədər yaşadığım münasibətlərdə sevən tərəf mən olmuşam.

İlk sevgisi – Efe adlı şəxs

Beren Saat ilk sevgisini belə xatırlayır –İlk sevgim Efe adlı şəxs olub. 3 il eşq macərası yaşamışam.Onunla həm dost,həm də sevgili idik.Bu bərabərliyimizdən ailəmizin də xəbəri vardı.Məni “Türkiyənin ulduzları” yarışmasına qatılmağa da o məcbur etdi. 20 yaşımı o yarışmada qeyd etdim.Yarışmada 2-ci oldum.Çox sevinirdik.Qaliblər sırasında olduğum üçün axşam bu gözəl günü qeyd etməyə getdik.Və xoş əhval-ruhiyyə ilə evə döndük.

O məni evə qədər ötürdü.Özü isə getdi.2 saat sonra onu morqda gördüm.Həyatım məhv oldu,dünyam dağıldı.Maşını bir dostu idarə edirmiş.Qəza nəticəsində dünyasını dəyişdi.Bu itki məni silkələdi,həyatım alt-üst oldu.Və mən onu ölmüş vəziyyətdə görərkən,anladım ki,mənim güclü olmağım lazımdır.Onun ölmüş cəsədinə yaxınlaşıb,diqqətlə üzünə baxdım.necə ağladığım isə təsəvvür edilməzdir..sonra  yanağından öpdüm...

  

Və o zaman fikirləşdim ki,o artıq həyatda yoxdur.Mən isə həyatıma davam etməliyəm.Zamanla ölümlə barışmağı öyrəndim.Depressiyaya düşməmək üçün 4 ay sonra yeni sevgi macərasına razılıq verdim.Buna görə dostlarım mənə nifrət etdilər.Hamı məni qınadı...Hər kəs məndən üz döndərdi...Amma heç kəs anlamadı ki,mən güclü olmasaydım özüm də onun arxasınca gedəcəkdim...Özümü ələ aldım və həyatıma davam etdim.Bugünkü günüm üçün ona hər zaman minnətdaram.Üzüm hər zaman gülsə də,qəlbimdə unudulmayan yaralarım var....


 
Ən sevdiyim aktrisalardan biridir.İfa etdiyi rolları çox bəyənirəm.Amma həyatını oxuyarkən, xüsusilə sevgilisini itirmə anını,gözlərim doldu...Və anladım ki,həqiqətən də,bir xanımın üzünün gülməsi o qədər də əhəmiyyətli deyil.Yetər ki,ürəyi gülsün.

Sabah Beren Saatın ad günüdür.Ona hər zaman qadın xoşbəxtliyi,əbədi sevgi diləyirəm...O qədər xoşbəxt olsun ki,yaşadığı bütün acılar unudulsun.Sənətində isə ən yüksək zirvələr onun olsun.Bu gül dəstəsini də Qadin.Net adından Beren Saata hədiyyə olaraq təqdim edirəm :)

25 fevral 2011
GO BACK