Qadin.NET / Hikmətli sözlər

Hikmətli sözlər

 

Hikmətli sözlər

 

Yeməyə yatmağa heyvan can atar,

Bilikli  insana, söylə kim batar (N.Xosrov)

Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz.Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə-suda batıb qərq olan. (M.Əvhədi)  

 

Oxuduğuna əməl etməyən alim,

Məşəl gəzdirən kora bənzər.(Sədi)

Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.(Sokrat)

Heç nə bilməyən və bilməyə çalışmayan  adm çox bədbəxtdir. Çünki ona iki  bədbəxtlik birdən üz vermişdir.(Aristotel)

Axmaqlarla oturub durmaqdansa, kitabla tənha  oturmaq yaxşıdır.(Q.Zakir)

Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər, amma vəzifəli şəxslər müdrik adama möhtacdır.(M.Ş,Vazeh)

Ağlın az olsun, amma özünkü olsun.(M.Qorki)

İrəliyə getmək üçün tez-tez  geriyə dönün, yoxsa haradan çıxdığınızı və haraya gedəcəyinizi unudarsınız.(L.N.Andreyev)

Ağıllı adamın axmaq qarşısında susması təccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr.(Sədi)

Üç şey:atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt qayıtmır.(G.F.Daumer)

Dil sümükdən olmasa da,çox sümüklər sındırır.(Ərəb atalar sözü)

Gənclik bir qızıldır, ömrün əlindən,

Düşərək torpağa  yox oldu birdən.

Tapmaq həvəsi ilə həmin qızılı

Torpağı yuyuram göz yaşımla mən.(Ə.Xaqani)

Sağlamlığ var-dövlətdən qiymətlidir.(M.Rey)

5 aprel 2011
GO BACK