Heyvanların hiss orqanları son dərəcə həssasdır , onlar mahir sinoptiklər sayılır. İt , tülkü və başqa bu kimi heyvanların iy bilməsi , ilan və mətbəx böcəyinin azacıq temperaturu dəyişməsini hiss etməsi , cırcıramanın hamıdan qabaq yerin tərpənəcəyini xəbər verməsi , balıqların yağış yağacağını duyması , fırtına olacağını qabaqcadan duya bilməsi canlı barometrdir.
1) Çinar qızıl ağacdan qabaq yarpaq açarsa ,yay isti və quru ,əksinə qızılağac şinardan tez yarpaqlayırsa ,hava soyuq və yağışlı keçir.
2) Palıd ağacında qozalar çox sıx olduqda qış çox sərt keçir.
3) Dovşankələmi bitkisinin çiçəyi açıq çəhrayı, ya qırmızı rəngdə olduqda axşam yarpaqlar bir yerə yığılmadıqda və sallaq vəziyyət olduqda səhər mütləq yağış yağır.
4) Quşlar da balıqlar kimi hava okeanında baş verən bütün hadisələri təzyiqin dəyişməsini ,günəşdən gələn işığı zəiflədən nazik buludun əmələ gəlməsi (yağmurlu havanın ilk əlamətidir) ildırım çaxacağını havada elektrik yükünün dəyişəcəyini qabaqcadan hiss edir.
5)Qaranquşlar hava pisləşənə yaxın çox aşağıda ,aydın havada isə çox yüksəkdə uçur.
6)Yağışlı hava gözlənildikdə sərcələr dəstə ilə yer səthində toplaşır, ördəklər isə belə havada yorulmaq bilmədən suda üzürlər.
7) Pişik ayaqlarını yalayırsa ,bərk yatırsa üzünü gizlədirsə ,isti sobanın yanında yatırsa, soyuq və şaxta ,döşəməni çırmaqlayırsa, külək olacağını bildirir.
8) Meduzalar 10 – 15 saat əvvəl dənizdə fırtına olacağını xəbər verir . Fırtına olacaq yerdə suya daha dərin batır və ya o zonadan uzaqlaşır.