Qadin.NET / Hansı tip ataya sahibsiniz?

Hansı tip ataya sahibsiniz?

Hər nə qədər ana ilk sırada gəlsə də, ata sonradan öyrənilib tanınsa da,  uşaq inkişafında ana qədər atanın da rolu büyükdür. Atalar uşaqların xarakterində əhəmiyyətli rol oynayır. Uşaqların müstəqilliyi və ya özlərini təzyiq altında hiss etməsində, özlərinə güvənin artmasında və ya azalmasında ata fiquru çox əhəmiyyətlidir. Hər ailədə fərqli tipdə ata mövcuddur. Gəlin, onlardan bəzilərini tanıyaq.

Hansı tip ataya sahibsiniz?

Sərhəd bilməyən atalar

Bu cür atalar uşaqlarına qarşı yüksək dözümlülük göstərir və bu yüksək səbr onları sərhəd tanımayan, məsuliyyətdən qaçan fərdlərə çevirir. Uşaqlarının hər istədiyini edən atalar uşaqlarının tələbkar və qayğısız olmasına yol aça bilirlər və bu səbəbdən uşaqda sözə baxmama vəziyyəti meydana gətirir.

Hansı tip ataya sahibsiniz?

Kredit kartı ataları

Çox işləyən və uşaqlarıyla romantik bir bağlılıq qurmağa vaxt tapa bilməyən atalar onları maddi imkanlarıyla xoşbəxt etməyə çalışır. Sevgi yerinə pul verilən uşaq və ya gənc həyatda da sevilə bilmək üçün həmişə maddiyyat arxasınca qaçır. Özünün sevmədiyi, amma varlı biriylə evlənməyi üstün tutur və ya yaxşı pul qazandığı üçün sevmədiyi işdə işləməyə başlayır.

Hansı tip ataya sahibsiniz?

Uşaq qalan atalar 

Xüsusilə gənc övladı kimi geyinib onun vərdişlərinə etina edən ataların sayı hər gün artmaqdadır. Ata üzərinə düşən rolu yerinə yetirmir, uşaq da atanı "ata" kimi görmür. Ona qarşı rəftarda yoldaşlıqdankənar hörmətsizliyə qədər gedib çıxa bilər.

Hansı tip ataya sahibsiniz?

Problemlərdən qaçan atalar 
Belə atalar uşağını analarıyla baş-başa buraxıb problemdən qaçırlar. Belə hallarda uşaq atanın anadan daha yaxşı olduğunu düşünə bilər.

Hansı tip ataya sahibsiniz?

İdealist atalar 
Uşaqlar daşıya biləciyindən çox yük qaldırsalar, çətinlik çəkərlər. Bəzi atalar uşaqlarından daha yüksək nailiyyətlər gözləyir, onların daşıya biləcəyindən çoxunu ondan tələb edərək uşağı pis vəziyyətdə qoyur. Nəticədə uşaq ya haldan düşüb utancaq olmağa başlayır, ya da digər insanlarla qurduqları əlaqələrdə davamlı çatışmazlıq duyğusu hiss edərlər.
2 avqust 2014
GO BACK