Qadin.NET / Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Toy deyəndə hər bir gənc qızın ağlına ilk gələn yəqinki gəlinlikdir. Günümüzdə gəlinlərin əksər hissəsi ağ gəlinlik geyinirlər. Ancaq ilk gəlinliklər ağ deyil digər rənglərdə olmuşdur. 

Keçmişdə Romada ilk gəlinliklər sarı rəngdə olmuşdur. Romada evli qadınlarla subay qadınları bir-birindən fərqləndirən üz örtüyü idi. İlk dəfə olaraq gəlinlər toy günündə sarı rəngdə üz örtüyündən istifadə edirdilər. Orta dövrlərdə isə gəlinliyin rəngi yox parçası daha əhəmiyyətli idi. Ağ gəlinliklər ilk dəfə olaraq 16-ci dövrlərdə yayılmağa başlamışdır. İlk ağ gəlinlik geyinmiş qadın 1499-cu ildə evlənən İngiltərəli Annedir. Hazırda geyinilən gəlinliklər isə təməlini 1854-cü ildə Kraliça Victorianın evlənərkən geyindiyi, tamamilə ağ və 5.5 metr quyruğu olan gəlinlikdən götürülmüşdür. Bu dövrlərdə kral ailəsinə məxsus qızlar ancaq gümüşü gəlinlik geyməli idilər. Kraliça Victoria bu adəti pozaraq öz toyunda ağ gəlinlik geyinir. Bu toydan sonra ingilis və fransız yazarlar gəlinlikdə ağ rəngin məsumluğu və saflığı ifadə etdiyini bildirmişlər. Ağ gəlinliklərin ilk məkanları saraylar olmuşdur. Daha sonralar müxtəlif qadınlar tərəfindən müxtəlif tərzdə istifadə edilmişdir. Beləliklə ağ gəlinliklər İngiltərə saraylarından Osmanlı saraylarına qədər yayılmış və getdikcə bütün dünyada istifadə edilmişdir....

16-17-ci illərdə gəlinlər toylarında ən yaxşı paltarlarını geyinərdilər. Bu paltarlar müxtəlif rənglərdə (yaşıldan başqa) olurdu. Həmin qadınlar toylarında geyindikləri paltarları günlük həyatlarında da istifadə edərdilər. Yalnız varlılar toyları üçün əlavə paltarlar tikdirərmişlər. 19-cu illərə qədər varlılar öz toylarında gümüşü və qırmızı rənglərdə olan paltarlardan istifadə edirdilər.

Gəlinliklə bağlı bəzi inanclarda vardır. Bu inanclara görə gəlin öz gəlinliyini özü tikməli, bəy toydan əvvəl gəlini gəlinliklə görməməliymiş və gəlinin toydan əvvəl gəlinliyi geyinməsi uğursuzluq gətirərmiş.   

Ümumiyyətlə daha dərindən axtarışlar aparsaq tarixdə bir çox gəlinlik növlərinin yaradıldığını və istifadə edildiyini görərik. Məsələn bir neçə model göstərək......

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

Gəlinliyin tarixi

18 mart 2011
GO BACK