Bekham ailəsi nəhayət muradına çatdı! Bir müddət əvvəl Victoria Bekhamın dördüncü uşağına hamilə olduğu və cütlüyün bir qız uşaq sahibi olmaq istədiyi açıqlanmışdı. Victoria Beckhamın qız doğura bilmək üçün hamilə qalmadan əvvəl bol bol cəfəri, yaşıl salat və ispanaq yediyi, David Bekhamın isə oğlan olmasın deyə seksdən əvvəl isti su dolu vannada oturduğu iddia edilirdi. Cütlüyün səylərinin boşa getmədiyi, "The Sun"ın təqdim etdiyi xüsusi xəbəriylə ortaya çıxdı. Qəzetin xəbərində cütlüyün dördüncü uşağının qız olacağı açıqlandı. Bir ailə dostunun məlumatına istinadən verılən xəbərdə Bekham ailəsinin çox xoşbəxt olduğu deyilir.