Qadin.NET / Adımın mənası

Adımın mənası

 

 





Mən anadan olanda ata və ana fikirləşiblər ki mənə nənəmin adıni qoysunlar.Amma nənəm razı olmayıb. Evdəkilər oturub "baş sındırıblar" ki elə ad qoyaq ki qohumlarda bu addan olmasın. Sonra nənəm deyib ki adını Firuzə qoyaq.Elə də olub. Eləki mən böyüdüm adımın mənası ilə maraqlanmağa başladım.Deməli, çoooxxx qədim zamanlarda dövlətlər bir biri ilə sülh bağlayanda firuzə daşından istifadə edirmişlər.Firuzə daşını hətta sülh daşı da adlandırmışlar. Firuzə daşının bilirsiniz nə qədər xeyiri var?!!Buyurun baxın:

 

Firuzə qaşı haqqında qısa məlumat:

 


 


Firuzə qiymətli daşlar arasında ən çox saxtalaşdırılandır.Çünki saxta daşı təbii daşdan ayırd etmək çox çətindi.Ancaq yenədə bəzi üsullarla saxta firuzəni təbii firuzədən ayırd etmək olar.Burada birinci amil ucuzluqdur.Əgər firuzə normal qiymətindən ucuzdursa,təbii firuzəyə nə qədər oxşayır oxşasın o saxtadır.İkinci amil isə ləkə və çatların həddinnən artıq çox olmasıdır.Ümumiyyətlə,əgər firuzənin üzərindəki ləkə və çatların həddinnən artıq çoxdursa,bu həmdə onun keyfiyyətinin aşağı olduğunu göstərir.Üçüncü amil isə firuzənin həm zərif,həm də yumşaq olmasıdır.Əgər daş çox kobud və çox bərkdirsə belə daşlardan uzaq olmaq məsləhətdir. Həmçinin firuzənin tərkibində su var.Buna görə yüksək temperaturlarda içindəki su buxarlanır.Su ilə təmasda olduqda isə suyu özünə çəkir.İstər suyunu itirdikdə istərsə də özünə su çəkdikdə firuzə rəngini dəyişir...
Firuzənin faydaları:

 

1.Sümüklər üçün faydalıdır.Sümük əriməsinin qarşısını alır.

 

 

2.Miqreni(baş ağrısını) yüngülləşdirir.

 

3.Öskürəyi azaldır.

 

4.Hüceyrələrin çoxalmasına kömək edir,qocalmanı gecikdirir.

 

5.Orqanizmin müqavimətini artırır.

 

6.Maddələr mübadiləsini nizamlıyır.

 

7.Zəhərlənmədən qoruyur.

 

8.Stresi aradan qaldırır.

 

9.Qan dövranı,ciyərlər və tənəffüs sistemi üçün faydalıdır.

 

10.Özünə inamı artırır.

 

11.Qan təzyiqini tənzimliyir və ürək xəstəliyi üçün faydalıdır.

 

Bəs siz necə adınızın mənasını bilirsinizmi?Sizin adınızı kim qoyub?

24 fevral 2011
GO BACK