Qadin.NET / Məşhurların uğursuz plastik əməliyyatları

Məşhurların uğursuz plastik əməliyyatları

Məşhurlar bir neçə yaş cavan görünmək üçün hər cür plastik əməliyyata əl atırlar. Çox təəssüf ki, səhvlərdən heç kəs sığortalanmayıb. Bir çox xarici məşhurlar da cərrahların uğursuz əməliyyatının qurbanı olublar.

Nikol Kidman

2014-cü ilin Kann Festivalı Nikol Kidman üçün bir dəhşətə çevrildi. Aktrisanın baş rolu ifa etdiyi "Şahzadə Monako" filminin təqdimatından sonra şərhlərdə "Onun üzü sanki daşdır. O, deyəsən, yenə də botoks etdirib" yazılmağa başlandı. Kidman qırmızı xalıya üzü şişmiş, son dərəcə hamar olan alnı ilə çıxaraq onların fərziyələrini bir daha təsdiq etdi. Qeyd edək ki, Kidman artq bir neçə dəfə iynələr vastəsilə gözəlləşib. 2013-cü ilin fevralında o etiraf etdi ki, botoks etdirib və bu təcrübəni bir daha təkrar etməyəcək, bunu  yalnız üz dərisinə nəzarəti bərpa etmək üçün edib. Görünür, aktrisa vədinə əməl etməyib.

Melani Qriffit

Növbəti uğursuz plastik əməliyatın qurbanı Antoni Banderasın keçmiş həyat yoldaşı Milani Qriffitdir. 56 yaşı olmasına baxmayaraq, aktrisa öz bədən quruluşunu gənc saxlamağı bacarsa da, üzü onun yaşını olduğundan daha çox görsədir. Şayiələrə görə, onun üzünün bu vəziyyətə düşməsi spirt və ağrıkəsicilərədən hədsiz dərəcədə çox istifadə etməsindəndir. O, öz asılılıqlarının yaratdığı fəsadı gizlətmək üçün dartdırmaya və inyeksiyaya arxayın oldu, nəticə isə...

Donatella Versache

Xanım Versache heç vaxt öz göyçək görünüşü ilə seçilməsə də, qardaşının ölümündən sonra üz quruluşunu bir qədər də eybəcər şəklə saldı. 1997-ci ildə Modalar evinin rəhbəri olandan sonra daim mətbuatın diqqət mərkəzində oldu. Düşündü ki, məşhur firmanın sahibi oldusa, mütləq simasına "əl gəzdirməlidir" və dodaqlarını böyütdü. Sonralar daha da çox plastik əməliyyatlar etdirdi. O, indi əməliyyatlardan qabaqki halına heç bənzəmir. Bununla belə onu hələ də xarici görünüşünə gözə gözəl hesab edənlər yoxdur.

Coan Rivers

"Mən 739 plastik əməliyyat etdirmişəm. Bu, 9-10 dəfə kofe almaqdan sonra birini havayı qazanmaq kimi bir şeydir. Beləliklə, asılılıq yaradır" deyə Amerika teleaparıcısı özü etiraf etmişdir. "Süni siması" belə onu reytinqli verilişlər aparmaqdan çəkindirmir. Tamaşaçılar onun iti zəkasına heyran olsalar da, Coan özü öz üzünə belə gülümsəməkdən çəkinir. Onun "İstərdim ki, əkiz bacım olsun və indi ona baxıb özümün əməliyyatsız necə görünəcəyimi görüm" dediyi hələ də dillərdə dastandır.

Mikki Rurk

Bu da Mikkinin cavanlığını saxlamaqdan ötrü etdiyi uğursuz plastik əməliyyatın nəticəsi. Belə ki,"Doqquz həftə yarım" və onlarla digər film qəhrəmanı, yaraşıqlı aktiyor birdən-birə boksla ciddi məşğul olmaq qərarına gələndə fikirləşmirdi ki, nə vaxtsa üzünü yenidən "yığdırmalı" olacaq. Belə ki,onun sınmış burnunun qığırdağı qulağından götürülüb.

Məşhurların uğursuz plastik əməliyyatları

Canet Cekson

Mərhum pop-kralın bacısı Canet təkcə öz yaradıcılığı ilə deyil, plastik əməlliyyatları ilə də məşhurdur. Düzdür, müğənni özü burun əməliyyatı olduğunu və üzünün dartıldığını inkar etsə də, çəkilən şəkillər bunun tam əksini göstərir. Son bir neçə il ərzində Canetin burnu 2 dəfə kiçilmiş, üz forması dəyişmişdir. 

5 mart 2016
GO BACK