Qadin.NET / Tibb tarixinin qorxunc alətləri

Tibb tarixinin qorxunc alətləri

 Tibb tarixinin qorxunc alətləri

Tibbi sümük mişarı

Bu alətlərlə əməliyyat olduğunuzu əminəm ki, düşünmək istəməzsiniz. Müasir dövrdən fərqli olaraq əvvəllər müalicə ağrılarla müşayiət olunurdu. Xəstəliklər haqqında biliklər az idi və müalicə üsulları də olduqca primitiv idi. Primitiv də olsa, tibb tarixinə işıq tutan bu üsullar və alətlər indi elmi muzeylərdə sərgilənir.

Tibb tarixinin qorxunc alətləri

17-ci əsrin zəhər dolabı

Öldürücü zəhərlər ələ keçməsin deyə qalın bir kitabın içi səliqəli şəkildə oyularaq kiçik dolab şəklinə salınırdı və zəhərlər həmin dolabda saxlanılırdı.

Tibb tarixinin qorxunc alətləri

Qan vermə aparatı

Bu aparatı gördükdən sonra indiki qan vermə aparatlarına şükür etdiyinizi eşidə bilirik. biggrin

Tibb tarixinin qorxunc alətləri

Ayaq baş barmağının protezi

Əminəm ki, görkəmi belə sizi ürpətməyə kifayət edir.

Tibb tarixinin qorxunc alətləri

Protez qol

1850-1910-cu illərdə çox istifadə olunan protez sol qol.

Tibb tarixinin qorxunc alətləri

Vəba xəstəliyindən qorunmaq üçün maska

Keçdiyimiz əsrlərdə Avropada bir qrup həkim dövrün bəlası olan vəba xəstəliyindən qorunmaq üçün bu paltarların içində gəzirdi. Maskanın içində lavanda çiçəyi qoxlayaraq gözəl qoxunun xəstəliyin onlara keçməyəcəyinə inanılırdı. 

Tibb tarixinin qorxunc alətləri

Taxta protez ayaq

1890-1900-cü illər arası çəkildiyi zənn edilən bu şəkildə ayağını itirən bir qadına taxtadan taxılan protez ayağı görürük.

Tibb tarixinin qorxunc alətləri

Alman amputasiya (orqan kəsmə) bıçağı

18-ci əsrin icadı olan bu bıçaq xüsusilə cərrahlar tərəfindən ayağı dizin altından kəsmək üçün istifadə edilirdi. Anesteziya olmadan tətbiq olunan üsul xəstə üçün çox uzun görünsə də, yalnız bir neçə dəqiqə çəkirdi.

Tibb tarixinin qorxunc alətləri

Amputasiya mişarı

17-ci əsrdə cərrahlar zəngin olduqdan sonra, xüsusilə bu tərz tibbi alətlərə pul xərcləməkdən olduqca xoşlanırdılar. Xüsusilə qızıl örtüklü alətlər çox dəbdəydi. 

Tibb tarixinin qorxunc alətləri

Fransız güllə çıxaranı

16-cı əsrin əvvəllərində silahların yayılmasıyla istifadəyə başlanan bu alət gülləni çıxarmaq üçün istifadə edilən vidaya sabitlənmiş uzanıb qısala bilən uzun bir çubuqdan ibarət idi.

Tibb tarixinin qorxunc alətləri

Taxta vida

1880-1910-cu illərdə xəstənin ağzının içinə qoyularaq hava yolunun açıq tutulması təmin edilirdi.

31 iyul 2014
GO BACK