Qadin.NET / İlan, ya tırtıl?

İlan, ya tırtıl?

Möcüzələrə inanmırsınız? O zaman bu xəbərimizi diqqətlə oxuyun və Allahın qüdrətinə bir daha şahid olun. Şəkillərdə görəcəyiniz canlı sadəcə bir tırtıldır, o tırtıl ki, bir müddət sonra bütün tırtıllar kimi kəpənəyə çevrilir.

İlan, ya tırtıl?
Kosta Rika, Meksika və Guatemalada olan bu növ düşmənlərindən qorunmaq üçün bu şəklə bürünür.
İlan, ya tırtıl?
Yaradılan gündən başı ilan başına bənzəyən tırtılların demək olar ki, hər rəngdə növləri var.
İlan, ya tırtıl?
Təbiətin ən bənzərsiz canlılarından biri olan ilan tırtıllar tamamilə zərərsizdir. Bu maraqlı tırtıllar sürfə mərhələsində eynilə sürünənlər kimi hərəkət edir və onlar kimi davranırlar.
İlan, ya tırtıl?
Böyüdükcə əslinə dönən bu tırtıllar sürfə olaraq dünyaya gəldikdən sonra 10-15 gün ərzində ilan kimi hərəkət edirlər. Bir müddət sonra isə kəpənəyə çevrilib uçurlar.
İlan, ya tırtıl?
Başqa bir neçə şəkillərini də sizlərlə paylaşmaq istəyirəm.
İlan, ya tırtıl?

Görürsünüzmü, eyniylə ilandır.

İlan, ya tırtıl?

Allahın yaratdıqlarına şükür. Heç bir canlı səbəbsiz yaranmayıb. 

24 iyul 2014
GO BACK