Bədənimizi qoruyan zülallar öz hüceyrələrimizə necə zərər vermirlər?
Bədənimizdə hər an bizi qoruyan sistem var. Bu sistemin bir hissəsini komplement sistemin zülalları təşkil edir. Onlar bədəndəki hər hüceyrəyə hücum etmək üzrə proqramlaşdırılmışlar. Bu, həqiqətən də heyrətamizdir. Çünki bədəni müdafiə etmək üçün yaradıldıqlarına baxmayaraq, bədəndəki bütün hüceyrələri düşmən kimi görürlər.
Komplement sistemin zülalları qaraciyərdə istehsal edilir. Bu hüceyrələr normal şəraitdə qanda heç nəyə təsir etmədən gəzirlər. Ancaq xəbərdar ediləndə, gördükləri bütün hüceyrələri yox etməyə hazır olurlar. Bu xəbərdarlıq komplement sisteminin bir zülalı vasitəsilə bədəndəki bütün sistemə yayılır.
Bu zülallar xəbərdarlıq ediləndə bədəndə dost-düşmən ayrıseçkiliyi etməzlər. Ancaq bədəndəki zərərsiz hüceyrələr komplement sisteminin zülallarından müdafiə olunacaq şəkildə yaradılmışlar. Komplement sisteminin zülalları bədənə aid hüceyrələrə dəyər-dəyməz bu zərərsiz hüceyrələr komplement sisteminin zülallarını təsirsiz hala gətirirlər. Bədənə girmiş xarici orqanizmlər isə bu cangüdənlərin hücumuna məruz qalaraq yox olurlar.
Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar elektrikdir. Bundan əlavə, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları elektrikdir. Hüceyrənin bölünməsi, ürəyin döyünməsi də elektrikdir. Əslində, bütün kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər sizin iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.
Bir sözlə, insan orqanizmi həyatda qalmaq üçün elektro-kimyəvi enerji sistemindən istifadə edir. Bədənimizin elektriklə işləyən hissəsini sinir sistemi təşkil edir. Bir qəza və ya şikəstlik olmadıqca bədənimiz həm elektrik hasil edir, həm də hasil etdiyi elektrik enerjisi ilə gecə-gündüz fəaliyyət göstərir. Canlılardakı elektrik sistemi metallardakı elektrik sistemlərindən daha çox üstünlüyə malikdir. Bu üstünlüklərdən biri bioloji sistemlərin öz-özlərini təmir etməsidir. Məsələn, barmağınız kəsildikdə qısa zaman ərzində bu yara sağalır.
Orqanizmdəki qüsursuz təhlükəsizlik sistemi
Vazopressin hormonunun xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaqdır. Bu xüsusi dizayn olunmuş təhlükəsizlik sistemidir və insanın xüsusi olaraq yaradıldığını sübut edir. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir.
Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəyimizdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bəs bu reseptorlar qan təzyiqini necə ölçür, təzyiqdəki fərqi necə qavrayırlar? Bu reseptorlar ürəyə, məhz lazımi yerə necə yerləşdiriliblər?
Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır. Bu, təhlükəsizlik şirkətinin iş sisteminə bənzəyir. Təhlükəsizlik şirkətinin daima hazır vəziyyətdə gözləyən işçiləri həyəcan siqnalının qurulduğu evdən müsbət xəbər aldıqda hərəkətə keçmirlər.
Bəs təhlükəsizlik şirkəti, yəni hipofiz vəzi nə vaxt hərəkətə keçir? Ciddi qanaxma olduqda insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsinə səbəb olur ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir.
Qan təzyiqi düşdükdə damarların və ürəyin içində yerləşən reseptorların hipofizə göndərdiyi impuls da kəsilir. Bu isə hipofizin həyacan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olur. Hipofizin impulsun kəsilməsindən dərhal xəbərdar olaraq hərəkətə keçməsi isə çox şüurlu hərəkətdir. Halbuki, bu şüurlu hərəkətlərin hamısı bəzi atomlardan ibarət kiçik molekullara aiddir.
Vazopressin hormonu dərhal qan damarlarının ətrafında yerləşən əzələlərin gərilməsinə səbəb olur və bu proses qan təzyiqinin qalxmasını təmin edir. Çox mürəkkəb, bir-birilə əlaqədar işləyən və bir çox hissədən ibarət bu sistem çox düşündürücüdür.
Vazopressin hormonunu hazırlayan hipotalamus hüceyrələri özlərindən çox uzaqda yerləşən damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?
Qan təzyiqinin artması üçün bu damarların gərilməli olduğunu haradan öyrəniblər? Bu hüceyrələrin gərilməsini təmin edən kimvəyi formulu necə hazırlayıblar? Ürək və hipofiz arasındakı rabitə şəbəkəsinin qurulması ilə bu cür qüsursuz həyəcan sistemi necə meydana gəlib?
Şübhəsiz ki, ortada mükəmməl yaradılış var. Bu, insanın şüursuz təsadüflər nəticəsində əmələ gəlmədiyini, yaradıldığını göstərir. Təkamülçülərin orqanizmdəki xəbərləşmə və həyəcan sisteminin təsadüfən əmələ gəlmədiyini, hüceyrələrin öz-özünə bu sistemi düşünərək qurduğunu iddia etməsi məntiqsizdir. Belə bir iddia bir əraziyə yığılmış sement, kərpic, elektrik kabeli kimi materialların fırtına nəticəsində əvvəlcə təsadüfən bir göydələn əmələ gətirdiyini, daha sonra ikinci fırtına ilə bu göydələnin içində elektrik sistemi qurduğunu, ardınca üçüncü fırtına ilə binanın içində mükəmməl təhlükəsizlik sistemini təşkil etdiyini iddia etməyə bənzəyir.
Kazımov İzhar