Qadin.NET / Çay haqqında maraqlı faktlar

Çay haqqında maraqlı faktlar

 Çay haqqında maraqlı faktlar

1. Hər kəs hər zaman çayı dəmləmək lazım olduğunu bilmirdi. Avropada çay kəşf edilən zaman bir krallıqda çaydan salat hazırlayırdılar. Hər kəs cahil görünmək istəmədiyi üçün bu salatdan məmnuniyyətlə yeyirdi. 

2. Çay hər zaman belə adlanmayıb. Qədim Çin filosoflarının yazılarında bu adlar qeyd olunub: "tse", "tou", "çun", "minq" və "ça". Bu sözlərin hər biri tərcümədə "gənc yarpaq" mənasını verir.

3. İçməli çay ingilis aristokratlarına yalnız dad və dərman xassələri ilə deyil, başqa xüsusiyyətləri ilə də fayda gətirdi. Yeni içki lordlar arasında çox məhşurlaşdı. Hətta o qədər məhşur oldu ki, onlar spirtli içkilərdən istifadəni demək olar ki, tamamilə dayandırdılar.

 Çay haqqında maraqlı faktlar

4. Avropada uzun illər düşünülürdü ki, yəqin ki, müxtəlif ətirli və dadlı çaylar başqa-başqa bitkilərdən hazırlanır. Çünki Çin inadla çayın istehsalını gizli saxlayırdı. Lakin əslində qara və yaşıl çayın növləri eyni bitkidən - "Camellia Sinesis"-dən hazırlanır.

5. Soyuq çay 1904-cü ildə icad edilmişdir. İxtiraçısı Richard Blechinden hesab edilir. O gündən indiki zamana qədər ABŞ-da 80 % çay hazır soyuq içki kimi satılır. 

6. Yapon dilində "çay" və "kirpik" eyni mənanı verir. 

7. Ən geniş çay plantasiyaları Çin, Hindistan, Yaponiya, Tayvan və Şri-Lankada yerləşir. Onları əvvəllər "Ceylon" adlandırırdılar. 

Çay haqqında maraqlı faktlar

8. Paket çaylarını hər kəsə məlum olan "Lipton" firması və təchizatçı "Thomas Sullivan" icad edib. Ona görə ki, illik hesablamalarda çayın dəmir və ya şüşə qablarda satılması olduqca baha başa gəlib. XX əsrin əvvəllərindən çaylar artıq kağız paketlərdə satılmağa başladı. Müştərilərdən biri təsadüfən paketi əlindən suya salır. Ancaq nəticə dəyişmir çay elə həmin çay olaraq qalır. 

9. İngilis dilində "tips" sözü, həqiqətən də, bir başa çayla bağlıdır. XVIII əsrdə çayı xüsusi "çay bağlarında" içmək insanlara ləzzət edirdi.  Belə bağların masaları kiçik taxta qutulardan ibarət idi. Oların da üzərilərində "T.İ.P.S" adlı imzaları var idi (To İnsure Prompt Servise-sürətli xidmət təmin etmək üçün). Mümkün qədər tez isti çay almaq istəyən qonaq bu qutuya bir sikkə atırdı. 

25 iyul 2014
GO BACK