Hind heyvası (Sugar apple)
Ana vətəni tropik Amerika bölgəsi olmağına baxmayaraq, Pakistan, Hindistan və Filippində də geniş yayılıb. Huni şəklində ananasa bənzəyən bu meyvə 20 santımetrə qədər böyüyə bilir. Kəsəkli və sərt qabığının altında xoş qoxulu və ətli meyvə var. İçində bir neçə çəyirdəyi var və yeyərkən vanil dadını xatırladır.
Cənubi Amerika ana vətənidir. Hər mövsüm yaşıl qalan bir ağacı var. Cənubi Amerikadan Asiyaya və Qərbi Afrikaya yayılıb. Florida və Havayda da var. Əslində görünüş olaraq çiyələyə bənzəyən bu meyvə 40 santimetrə qədər böyüyə bilir. Qalın qabığının altında yumşaq narıncı ətli bir meyvə var və hər meyvənin yalnız bir çəyirdəyi var. Meyvə şirin və gözəl qoxuludur.
Fəslə uyğun olaraq yarpaqlarını tökən bir bitki olaraq bilinən bu ağac Cənubi Amerikanın yüksək yamaclarında yetişir. Yuvarlaq şəkildə olan bu meyvənin üç növ qabığı ola bilər. Dişli, kəsəkli ya da ikisinin qarışığı qabıq şəkli. Qabığın içindəki qisim sulu, gözəl qoxulu, ağ krem kimi bir quruluşa malikdir. Banan, manqo, papaya və ananasın qarışığı bir dada sahib olduğunu deyirlər.
Brazilyada yağış meşələrində və Paraqvayda yetişən bu ağac 40 metrə qədər uzana bilir. Bacuri olaraq da tanınır. Meyvəsi portağal böyüklüyündədir və sıxıldığı zaman sarı qalın bir qabığı var. İçində bir neçə çəyirdəyi olan meyvənin əti yapışqan bir quruluşa sahibdir və dadı şirin ya da turş olur.
Cənubi Amerikanın yüksək təpələrində olan bir tropik meyvədir. Kiçik bir kolda yetişən meyvə bir çəyirdəkdən yalnız 9 ayda bir dəfə meyvə verə bilir. Meyvələr 2 aya yetişir. Çiyələyəbənzər bir meyvədir, qırmızı, narıncı ya da sarı rəngdə olur. Görünüşcə pomidora bənzəyən bu meyvənin dadı pomidorla limon suyunun qarışığına bənzəyir.
Çörəkağacı (Breadfruit)
Böyük bir ağacı olan bu meyvə tut ağacı fəsiləsindəndir. Ana vətəni Filippin və Asiyanın cənub bölgəsidir. Banan kimi yalnız yetişəndə yeyilə bilən bir meyvədir. Kal meyvələri bişirilib yeyilə bilər. Yetişmiş meyvəsi yumşaq və şirindir, kal meyvəsi isə sərt və nişastalı olur. Adını da tərkibindəki nişastadan alır. Bişirildiyi zaman təzə bişmiş çörək dadı verir.
Hökümdar (Duku)
Lungsat və duku iki oxşar meyvədir, dadları eynidir. Bir tək fərqləri var, o da lungsatın qabığında latex adlı maddə var. Zəhərli deyil, sadəcə meyvənin qabığını yapışqan hala gətirir. Dukunun isə qabığı yapışqan deyil və onu soymaq çax asandır. Meyvənin ətli hissəsi 5 laydan ibarətdir. Çəyirdəklərinin bəziləri acı dadır. Çox şirin bir meyvədir, sirop ya da qurudularaq istifadə edilir.
Safou
Hər fəsildə yaşıl qalan ağacı var. Afrikanın nəmli tropik meşələrində, Nigeriya və Anqolaya qədər uzanan bölgələrdə yetişir. Afrika armudu olaraq tanınan düzbucaqlı meyvənin rəngi tünd mavi ilə bənövşəyi arasında dəyişir. 14 santımetrə qədər uzana bilir. İçi yaşıl rəngdədir. 48 %-i bədən üçün lazım olan yağ turşusu, amin turşusu vitamin və minerallardan ibarət olan bir meyvədir. Afrikadakı aclığa son verə biləcəyi deyilir. Bir hektar sahəyə əkilən meyvədən 7-8 tona qədər yağ çıxarıla və meyvənin bütün qismlərindən istifadə edilə bilər.
Jabuticaba
Üzüm ağacı şəklindəki bitki Brazilyanın cənub-şərqində yetişir və maraqlı bir ağacdır. Ağacı maraqlı edən şey meyvələrinin budaqlarında yox gövdəsində olmasıdır. Əvvəl bütün ağacın gövdəsini sarı ilə ağ çiçəklər bürüyür və sonra bu çiçəklər meyvəyə çevrilir. Qalın bənövşəyi qabığının altında yumşaq jelatın kimi ətli təbəqədən və bir neçə tumdan ibarətdir. Şirin bir meyvədir, yeyilə bilər. Ondan likor və ya şərab da hazırlana bilər. Amma çox təəssüf ki, budaqdan qopan meyvə dözümlü deyil və 3-4 gün ərzində turşuyur.
Rambutan
Qıraqdan baxanda tüklü çiyələyə bənzəyən rambutan dad olaraq "Liçi" kral meyvə olarda bilinən meyvəyə bənzəyir. Asiyanın cənub-şərqinə xas bir ağacdır, amma kiçik və yabanı halı Kosta-Rikada da var. Oval şəklindədir və ümumiyyətlə, 10 santımetrə qədər genişlənən meyvələri var. Bir az sərtdir, amma asanca qoparmaq olur. Turş və şirin dadı olur.