Qadin.NET / Riyaziyyat və din arasındakı körpü - 3

Riyaziyyat və din arasındakı körpü - 3

Həyatın mənşəyi və ehtimal nəzəriyyəsi
    Həyatın mənşəyi müzakirəsinin tarixi bəlkə də elə riyaziyyatın tarixi qədər qədimdir. Çünki yaşamış və yaşayan hər bir insan “mən haradan gəlirəm?” sualını özünə vermişdir və təbii ki, bu suala cavab axtarmağa çalışmışdır. Tarix boyunca həyatın mənşəyi barədə hər cür hipotez irəli sürülmüş, hətta canlıların Ayın üzərindəki bir ağacda meyvə kimi yetişib ordan Yer kürəsinə düşdüyünə inanan insanlar belə olmuşdur. Hal-hazırda isə bioloq Duqlas Futuymanın da qeyd etdiyi kimi, həyatın mənşəyilə bağlı sadəcə 2 nəzəriyyə mövcuddur: təkamül və yaradılış. Çarlz Darvinin təkamül nəzəriyyəsi 20-ci əsrin sonlarından başlayaraq elm aləminin bir qism nüfuzlu şəxsiyyətləri tərəfindən təkzib edilməyə başlandı. Genetika, embriologiya, paleontologiya, biokimya kimi elm sahələrində əldə edilmiş yeni məlumat və kəşflər həyatın təkamül nəzəriyyəsinin irəli sürdüyünün əksinə təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər kompleks olduğunu ortaya qoydu. Təkamül nəzəriyyəsinə digər bir zərbə isə ən dəqiq və təkzibedilməz elm sahəsi olan riyaziyyatdan gəldi.
Təkamül nəzəriyyəsinin üzərində qurulduğu “təsadüf” anlayışı riyaziyyatın bir qoluyla çox yaxından əlaqədar idi: ehtimal nəzəriyyəsi. Bir hadisənin baş verməsindəki mümkünlük dərəcəsini öyrənən bu nəzəriyyə həyatın mənşəyi ilə bağlı çox maraqlı faktlar və şokedici rəqəmlər ortaya çıxardı. Elm adamlarının araşdırmalarına əsasən, canlıların ən kiçik bioloji vahidi olan hüceyrənin yenə ən kiçik vahidlərin biri olan zülalın təbiətdə təsadüfən əmələ gəlmə ehtimalı 1/10950-ə bərabər idi (!).
Riyaziyyat və din arasındakı körpü - 3
Ehtimal nəzəriyyəsi sahəsindəki çalışmaları ilə məşhur olan fransız riyaziyyatçı Emil Borel 20-ci əsrdə hal-hazırda Borel qanunu kimi tanınan qaydanı irəli sürdü: “Olduqca aşağı ehtimallı fenomenlər həyata keçmir”. Bu qanun 2004-cü ildə məşhur amerikalı riyaziyyatçı Uilyam Dembski tərəfindən “universal ehtimal sərhədi” adlanan konseptə tətbiq edildi. U. Dembski kainatdakı müşahidə edilən elementar zərrəciklərin sayı (1080), Plank zamanının tərs qiyməti (1045) və kainatın təxmin edilən yaşının maksimum limitini (1025) hesaba alaraq “Biq Banq”-dən (“Böyük Partlayış” – kainatın yaradıldığı an) bu günə qədər baş vermiş fiziki hadisələrin maksimum sayını hesabladı. Bu say 10150-yə bərabər idi. Bu hesablamalara və Borel qanununa müvafiq olaraq, U. Dembski 1/10150 ehtimalını aşan ehtimalların həm nəzəri, həm də praktiki olaraq mümkünsüz olduğunu isbatladı.
İndi isə az öncə əldə etdiyimiz ehtimala keçək: 1/10950 ! Bu rəqəmin təsəvvür edilməsi belə mümkün deyildir. Bunu belə bir misalla izah edək:
Təqribi hesablamalara əsasən, Saxara səhrasındakı (Yer üzündəki ən böyük səhra) qum dənələrinin sayı 1028-ə bərabərdir. Əgər sizdən Saxara səhrasındakı hansısa “işarələnmiş” bir qum dənəsini gözübağlı şəkildə tapmağınız istənilsə, sizin bunu tapma ehtimalınız 1/1028-ə bərabər olacaq. Əlbəttə ki, heç kəs həmin qum dənəsini tapmağa cəhd belə göstərməz. Çünki bu, “imkansız”  bir ehtimaldır. Belə olduğu halda, 1/10950 ehtimalının gerçəkləşəcəyinə inanmaq insan fantaziyasının hüdudlarını aşan bir spekulyasiya olardı. Qeyd edək ki, universal ehtimal sərhədinə əsasən, bu, onsuz da mümkün deyildir.
Beləliklə, tək bir zülal molekulunun belə təsadüfən əmələ gəlməyəcəyi məlumdursa, təkamül nəzəriyyəsinin həyatın mənşəyi ilə bağlı irəli sürdüyü iddiaların qüvvədə qalmadığının şahidi oluruq. Yəni, həyat təkamüllə əmələ gəlməmişdir. Məntiq elmində “ayırıcı çıxarış” (“modus tollendo ponens”) adlı bir arqument forması mövcuddur. Bu arqumentə əsasən, iki mümkün hadisədən birinin gerçəkləşməyəcəyi isbat olunarsa, o biri avtomatik olaraq “gerçəkləşəcək” şəklində qəbul edilir. Eynilə bu arqumenti həyatın mənşəyi ilə bağlı olan iki mümkün nəzəriyyəyə tətbiq etdiyimiz zaman, “təkamülün yalnış olduğu sübut edilmişdir, elə isə yaradılış nəzəriyyəsi doğrudur” məntiqi nəticəsini alırıq. Yaradılış nəzəriyyəsi bütün canlıların üstün ağıl sahibi bir Varlıq tərəfindən qüsursuzca yaradıldığını irəli sürür və zülaldan, hüceyrələrdən hal-hazırda dünyada yaşayan 8,7 milyon növdəki canlılara qədər hər şeyi yoxdan var edən bu Varlıq bütün kainata hakim olan Allahdır.
Riyaziyyat və din arasındakı körpü - 3
“Əlverişli Kainat”ın təsadüfən yaranma ehtimalı
Məşhur ingilis riyaziyyatçı professor Rocer Penrouz insan daxil olmaqla bütün canlıların mövcud olması üçün əlverişli bir kainatın təsadüfi olaraq əmələgəlmə ehtimalını hesabladı. Penrouz bu hesablamanı apararkən Dembskinin istifadə etdiyi metodla, amma daha geniş mənada bütün ehtimalları bir yerə toplamış, Biq Banqın bütün ehtimal olunan formalarını da nəzərə alaraq riyazi bir nəticəyə gəlməyi bacarmışdı. Lakin Penrouzun gəldiyi nəticə “tükürpərdici” deyiləcək qədər astronomik bir ehtimal idi: “10 üstü 10123-də 1” (!). Bu rəqəmi hər hansı bir sayla müqayisə etmək imkansız olduğundan rəqəmin ifadə etdiyi məna da insanın xəyal gücünü aşmaqdadır. Təkcə kainatdakı atomların sayı cəminin 1078-ə bərabər olduğunu nəzərə alsaq, 10-un 10123-cü qüvvətinin nə ifadə etdiyini anlamağın olduqca çətin olduğunu görərik. Elə professor Penrouz da əldə etdiyi bu rəqəm barədə eyni şərhi verir: “Bu say, yəni “10 üstü 10123-də 1 ehtimal” Yaradıcının məqsədinin nə qədər qəti və aşkar olduğunu bizə göstərir. Bu, həqiqətən də, fövqəltəbii bir saydır. Hər hansı bir kəs bunu natural ədəd şəklində belə yazmağı bacarmaz. Çünki 1 rəqəminin yanına 10123 dənə sıfır qoymalı olacaqdır. Əgər kainatdakı bütün protonların və bütün neytronların üzərinə bir ədəd sıfır yazsa belə yenə də bu sayı əldə etməkdən çox-çox uzaq qalacaqdır”.
Eynilə R. Penrouzun ifadə etdiyi kimi, Yaradıcımız bizə sonsuz elmini çox açıq şəkildə göstərir. İnsanlar və digər bütün canlılar üçün labüd olan şərait Penrouzun əldə etdiyi say qədər komponentin eyni anda mövcud olmasını tələb edir. Bunun təsadüfən, təbiətdə spontan şəkildə meydana gəldiyini iddia etmək isə ağlın hüdudlarını aşır. 
İnanclı Riyaziyyatçılar
Bütün kainatı əhatə etmiş bu incə riyazi əyar və şifrələnməni ilk fərq edən insanlar isə elə təbii ki, riyaziyyatçıların özləri olmuşlar. Eynilə, qədim yunandan sonra həndəsədə ən böyük irəliləyişlərə yol açan və riyaziyyat sahəsində bir sıra kəşflərə nail olmuş Blez Paskalın dediyi kimi, Allah riyaziyyatdan elementlərdəki nizama qədər hər şeyin Yaradıcısıdır. Bütün dövrlərin ən böyük alimi olaraq qəbul edilən İsaak Nyuton da Yaradılışın yeganə elmi açıqlama olduğunu söyləyirdi. Fizik olmasıyla bərabər, həm də məşhur bir riyaziyyatçı olan Nyuton ateizmi təkzib edən və yaradılışı vurğulayan bir çox əsərin müəllifi idi və “Principia Mathematica” adlı əsərində Allaha olan inancını açıq şəkildə ifadə edirdi: “Biz Allaha möhtac, aciz qullar olaraq öz ağlımıza nisbətən Allahın ağlının böyüklüyünü və ucalığını görməli və Ona təslim olmalıyıq”. Dövrünün ən  öndə gedən riyaziyyatçılarından olan və məşhur Stoks teoremindən də tanıdığımız London Kral Cəmiyyətinin prezidenti Ser Corc Qabriel Stoks da elmlə dinin vəhdətini görmüş və bir çox yazısında Allah inancını vurğulamışdı. Q. Stoks bu yazılarında təbiət qanunlarının Allahın idarəsində olduğunu və Allahın bu qanunları istədiyi kimi yönləndirdiyini də bildirirdi. Fizika və riyaziyyata verdiyi töhfələrlə elm aləminin böyük ehtiramını qazanmış olan və Lord Kelvin adı ilə tanınan Uilyam Tomson da azad düşüncənin insanı Allaha yönəldəcəyini xəbər verirdi: “Azad düşünən insanlar olmaqdan qorxmayın. Əgər dərin düşünsəniz elmin vasitəçiliyi ilə Allah inancına yönələrsiniz”
Həmçinin “Nyuton-Leybnits teoremi”ni (“fundamental theorem of calculus”) ilk kəşf etmiş İsaak Barrou, bəzi çevrələr tərəfindən “Riyaziyyatçıların Şahzadəsi” olaraq yad edilən Karl Fridrix Qauss, riyaziyyatda hələ də həllini tapmamış məşhur Riman hipotezini ilk dəfə ifadə etmiş Bernhard Riman, “Tet konyekturası”ndan tanınan Qatri Tet və tətbiqi riyaziyyat sahəsindəki uğurları ilə məşhur olan Çarlz Koulson da kainatdakı riyazi incəliklərin Allah tərəfindən yaradıldığını hər fürsətdə dilə gətirən elm adamlarından idilər.
Riyaziyyat və din arasındakı körpü - 3
Xüsusilə də, son bir neçə əsrdə yaranmış ateist-materialist cərəyan həyatın bütün sahələrinə təsir etmiş olduğu kimi elmin üzərindən də təsirsiz ötüşməmişdi. Qədim yunan materializmini yenidən canlandırmaq istəyən bir sıra filosoflar elm-din vəhdətini bir-birindən süni yolla ayırmağa çalışdılar. Lakin 19-cu və 20-ci əsri əhatə etmiş bu doqmatik cərəyanın ömrü o qədər də uzun  olmayacaqdı. Kainatın sıfır həcmdən, yəni yoxdan yaradıldığını sübut edən “Biq Bənq” nəzəriyyəsi və canlıların təsadüfən əmələ gəlməyəcəyini ortaya qoyan “Ağıllı Dizayn” nəzəriyyəsi 20-ci əsrin sonlarında elm dünyasına elmlə dinin bir-birindən ayrılmaz olduğunu bir daha göstərdi. Bu gün artıq araşdırmalarını ön-mühakiməsiz aparan elm adamları Allahın varlığının dəlillərini bütün elm sahələrində tapırlar. Necə ki, müasir dövrün bir çox nüfuzlu riyaziyyatçıları da bu qənaətdədirlər.
“Universal ehtimal sərhədi” anlayışını elmə daxil etməsi haqda yuxarıda da bəhs etdiyimiz və məşhur riyaziyyatçı olmasıyla yanaşı həm də filosof və teoloq olan Uilyam Bill Dembski də bu alimlərdən biridir. “Nəticə: Dizayn” (1998), “Ağıllı Dizayn: Elm və Teologiya arasındakı Körpü” (1999), “Dizayn İnqilabı” (2004) kimi əsərlərində Dembski bütün kainatı əhatə edən bir dizaynın, dolayısıyla da bunları nizamlayan bir Dizaynerin olduğunu ifadə edir. X. Hiçens, K. Miller və Pennok kimi elm adamları ilə Yaradıcının mövcudluğu barədə dünya miqyaslı məşhur debatlara qatılmış olan Dembski hal-hazırda da fəaliyyətlərinə davam edir.
Bu debatların məşhur iştirakçılarından biri də Oksford Universitetindən riyaziyyat üzrə professor Con Lennoksdur. C. Lennoks da dünyaca məşhur Riçard Dokinz, Maykl Şermer və digərlərilə qatıldığı debatlarda Allahın varlığını və canlılardakı kompleksliyin də bunu təsdiqlədiyini müdafiə edir və bu mövzuda bir sıra kitablar da qələmə almışdır. Lennoks məşhur sözlərindən birində belə deyir: “Əgər din qaranlıqdan qorxanların uydurduğu bir nağıldırsa, ateizm də işıqdan qorxanların uydurduğu bir nağıldır”.
Prinston Universitetindən riyaziyyat üzrə professor Devid Berlinski də canlı aləmin Yaradıcısı olduğundan bəhs edərək belə deyir: “Həyat kompleks quruluşdadır və kompleks quruluşlar diqqətli bir dizaynla qurulur. Tək bir oymaq (üskük) düzəltmək üçün belə ağla ehtiyac vardır. Elə isə canlı aləmdə meydana gəlmiş şeylər niyə fərqli şəkildə əmələ gəlsin?”.
Dembski, Lennoks və Berlinskidən əlavə müasir dövrün inanclı riyaziyyatçılarından- Koççi Universitetindən riyaziyyat professoru Lesterqon Simurden, Harvard Universitetindən riyaziyyat və təbiət elmləri üzrə mütəxəssis Dr. Kurt Uayz, Kaliforniya Universitetindən elektronika mühəndisi, fizik və riyaziyyatçı Jül Puaryenin də adlarını çəkə bilərik.
Göründüyü kimi, elmlə məşğul olan insanların, həm də bu, riyaziyyat kimi dəqiq bir elm sahəsidirsə, Allah inancına yönəlmələri həqiqətə ən uyğun olanıdır. Tarixin keçmiş dövrlərindən bu günə qədər ön-mühakiməsiz bütün alimlər dinə hörmət bəsləmiş və araşdırmalarını da inancın tutduğu işığın rəhbərliyində aparmışlar.
Nəticə

Araşdırmamız əsnasında, riyaziyyatla din arasındakı körpünün ən təməl sütunlarından bir neçəsini daha yaxından incələdik. Gördük ki, pozitiv elmlərin şahı sayıla biləcək riyaziyyat, əslində, metafizik aləmə açılan qapılardan biridir. Xaosun yerinə nizam, təkamülün yerinə yaradılış, təsadüfün yerinə isə şüur bütün təbiətə hakimdir və əlbəttə ki, bu nizamın, bu yaratmanın və şüurun sahibi bütün elmləri insanların xidmətinə vermiş olan Allaha aiddir. Elm və din bir-birinin ayrılmaz parçalarıdır və Yaradıcı bizə öz qüdrətini bütün elm sahələrində olduğu kimi riyaziyyatda da çox açıq şəkildə göstərməkdədir. Keçən əsrin ən məşhur elm adamlarından Pol Dirakın diliylə desək, “Allah dünyanı çox gözəl bir riyaziyyatla işləmişdir”.

Rafet Əlizadə

30 iyul 2014
GO BACK