Qadin.NET / Dollar-gələcəyimizdən xəbər verir

Dollar-gələcəyimizdən xəbər verir

Dollar gələcəkdən xəbər verir.Belə ki,bu əskinaza diqqətlə nəzər yetirməyiniz kifayət edər.Əlamətlərə əsasən çox şey söyləmək olar.Amma bir şərtlə,bunu tez-tez həyata keçirmək olmaz.Çantanızdan ya da ümumiyyətlə hər hansısa dollarlardan birin seçərək,sizi nələrin gözlədiyini öyrənə bilərsiniz.İlk olaraq  əskinazdakı Corc Vaşinqtonun şəkili yuxarı baxmalıdır.

Beləliklə:

1.Dolların kənarındakı ağ tərəf sağ tərəfə nisbətən sol tərəfdə daha çoxdursa

Sizi uğur gözləyir.Hər çətinlikdən yalnız səbirin köməkliyi ilə çıxacaqsınız.Özü də bu uğuru çox gözləmək lazım gəlməyəcək.Necə deyərlər,şans qapınızı döyəcək.Hər addımınızı yüz ölçün,bir biçin.

2.Dollar əzilibsə

Sağlamlığınızda problem var.Səhhətiniz barədə düşünün.İstirahətə vaxt tapmağa çalışın.

 


3.Dollar təzə və şaxdırsa

Çətinlik gözlənilmir.Yaxın günlərdə daha enerji dolu və xoş surprizlərlə qarşılaşacaqsınız.

4.Seriyada ilk hərfdən sonra cüt ədəd varsa

Bu,heç də yaxşı əlamət deyil.Yaxın dost-tanışla mübahisə gözlənilir.Odur ki,kəmhövsələ olmağa dəyməz

5.Seriyada ilk hərfdən sonra tək ədəd varsa

Ola bilsin keçmişdə olan sevginiz sizə qayıtsın.Amma son qərarı siz verməli olacaqsınız.

 

Dollar-gələcəyimizdən xəbər verir

6.Bir rəqəm seriyada bir neçə dəfə təkrarlanırsa

Əlinizə çoxlu pul gələcək.Lotereya və ya hansısa bir oyunda udmaq şansınız var.Daimi gəliriniz də öz yerində

7.Sonuncu iki rəqəm təkdirsə

Sükan arxasında diqqətli olun.Qəza vəziyyəti realdır.

4 aprel 2011
GO BACK