Qadin.NET / Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir

Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir

Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir

Gözlərinizin əslində sizin haqqınızda çox şey izah etdiyini bilirsinizmi? Gəlin, göz rənglərinə görə amerikalı psixoloqların etdiyi araşdırma nəticələrinə baxaq.

Qəhvəyi gözlər

Qəhvəyi gözləri olan insanlar, ümumiyyətlə, diqqətləri üzərlərində çəkməyi çox sevərlər. Ağıllıdırlar, ancaq özlərinə nə etmək lazım olduğunun deyilməsindən heç xoşlanmazlar. Yaradıcıdırlar və yeni düşüncələrlə inanılmaz dərəcədə maraqlanırlar. Araşdırmalara görə, qəhvəyi gözlərə sahib olan insanlar, ümumiyyətlə, öz duyğularını deməyə utanar və hətta çox vaxt gerçək hisslərini müəyyən etməkdən çəkinirlər.

Mavi gözlər 

Mavi gözlərə sahib olan insanlar digərlərinə görə daha diqqətçəkicidir. Dünyanın hər yerində bunun nümunələri görülə bilər. Ümumiyyətlə, soyuqqanlı görünən, lakin əslində özlərindən daha çox başqaları ilə maraqlanmağı sevən köməksevər və yaxşı niyyətli insanlardır. Dəniz və okeanları çox sevərlər.

Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir

Yaşıl gözlər

Yaşıl gözlü insanları izah etmək üçün ilk söz "ehtiraslı" ola bilər. Təbiəti və macəranı həyatlarından heç bir zaman çıxarmaq istəməzlər. Çox qısqanc ola bilərlər. Üzlərinə söz deyərkən diqqətli olmalısınız, çünki yaşıl gözlü insanların çoxu öz sözlərini deməkdən  çəkinməz və hazırcavablığı çox sevərlər. 

Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir

Ala gözlər 

Əsla mübarizəni buraxmazlar. Bəli, ala gözlü insanlar üçün çəkişməni, rəqabəti sevən insanlar olduğunu söyləmək heç də səhv olmaz. Enerjilidir və bu enerjilərini insanlara kömək üçün istifadə etməyi xoşlayırlar. Əlaqələrində romantizmə yer verməyi sevərlər. 

Boz gözlər

Boz gözlərə sahib insanlar kövrək olur. Boz gözlü insanlar bir çox baxımdan ala gözlü insanlara oxşaya bilərlər. Mütəmadi olaraq bir məşğuliyyət içərisində ola bilərlər, çünki enerjiləri heç qurtarmayacaqmış kimi görünə bilər. Yağışı və sakitliyi çox sevərlər. Çox ağıllıdırlar.

5 mart 2016
GO BACK