Qadin.NET / Salvador Dali - zərgər kimi

Salvador Dali - zərgər kimi

Salvador Dali - zərgər kimi

Əminəm ki, bir çoxları kimi siz də Salvador Dalinin eyni zamanda gözəl və təkrarolunmaz zərgər ustası olduğundan xəbərsizsiniz. O, təkcə qeyri-adi rəsm əsərləri ilə deyil, həm də inanılmaz gözəl zinət əşyaları hazırlayırdı. Dali deyirdi ki, əgər ideal rəssam olmaq istəyirsənsə, fırçanızla qızıl yaratmağı bacarmalısınız. Salvador Dali rəssam, dizayner və zərgər idi. 

Salvador Dali - zərgər kimi
Burada Tristan və İzolda cütlüyü təsvir edilib.

Salvador Dali - zərgər kimi

Salvador Dali - zərgər kimi

Qeyd edim ki, özündən sonra heç də az olmayan zərgərlik nümunələri qoyub getmişdir. Hər biri öz qeyri-adiliyi ilə seçilən, bu fərqli dünyanın mükəmməlliyini aşılayan zinət əşyalarını miras qoymuşdur. Onun ev muzeyinə virtual da olsa, artıq səyahət etmişik. Bilirik ki, dünyaya fərqli pəncərədən baxmağa üstünlük verən rəssam idi.

Salvador Dali - zərgər kimi
Hələ filin uzun ayaqlarına baxın. Bu zərgərlik əsəri "Kosmik fil" adlanır.
Salvador Dali - zərgər kimi

Brilliant qaşlarla bəzədilmiş bu qızıl əşyada Madonnanı təsvir edib.

Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi

1985-ci ildə kitabı işıq üzü görən məşhur tənqidçi B.Kartlic Salvador Dalini 20-ci əsrin dahi rəssam zərgəri adlandırmışdı.  

Salvador Dali - zərgər kimi
Salvador Dali ilk dəfə 1941-ci ildə zərgərlik əşyalarının sxemini çəkməyə başlamışdı.
Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi
"Mənim məqsədim" adlı zinət əşyası. Dalinin fikrincə, zərgərlik məhsulu istifadə olunan daşların dəyərinə görə deyil, görkəminə və bəxş etdiyi mənaya əsasən seçilməlidir. 
Salvador Dali - zərgər kimi
1942-44 -cü illərdə Dom Berdura ilə birlikdə ilk zinət əşyasını hazırlayır. 
Salvador Dali - zərgər kimi
"Qan ağlayan dünya" adlanan bu medalyon müharibənin ağrı-acısını xatırladır. Salvador Dali çatlamış torpağı mirvari düzülmüş ox vasitəsi ilə birləşdirib. Bununla sülhün bərqərar olacağına inamını bildirir. 
Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi
Unutmayın ki, Salvador Dali bu zinət əşyalarının əksəriyyətini II Dünya müharibəsi illərində hazırlayıb. 
Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi
Göz daxilində təsvir edilmiş saat yaxa broşudur. Kənarları isə almaz qaşlarla əhatə olunub. Bununla Salvador Dali bildirmək istəyir ki, qismətdən və zamandan qaçmaq mümkün deyil. Göz hər şeyi görür.
Salvador Dali - zərgər kimi
Salvador Dali - zərgər kimi

1953-cu ildə hazırladığı döyünən ürək. Bəli, düz bildiniz. Bu yaqut daşlarla bəzədilmiş ürək, həqiqətən, insan ürəyi ritmində döyünür. 

Salvador Dali - zərgər kimi

Salvador Dali - zərgər kimi

 

Salvador Dalinin zinət əşyalarının sərgisi 1971-ci ildə baş tutmuşdu. Lakin əksər insanlar bu gözəlliklərə dəyər verə bilmədilər. Zaman keçdikcə bu istedadın və bacarığın qarşısında susurlar. İnanılmaz və dərin məna gizləyən zərgərlik məhsulları hər  zaman diqqət mərkəzindədir. 

Salvador Dali - zərgər kimi


Salvador Dali - zərgər kimi

Gördüyünüz bütün bu zinət əşyaları Salvador Dalinin ev muzeyində, yəni İspaniyada yerləşən Fiqeras muzeyində saxlanılır. 

Salvador Dali - zərgər kimi
Bu isə qeyd etdiyim yaqut daşlardan ibarət döyünən ürəkdir. 
4 mart 2016
GO BACK