Qadin.NET / Rəngli qarğıdalı görmüsünüzmü?

Rəngli qarğıdalı görmüsünüzmü?

Rəngli qarğıdalı görmüsünüzmü?
Amerikalı bir fermerin məhsulu olan bu qarğıdalılar ilk baxışda yan-yana düzülmüş rəngli şüşə muncuqlara bənzəyir.
"Glass Gem" adlı rəngli qarğıdalını icad edən fermer Carl Barnes haqqında: Onun damarlarında irlandiyalıların, çerokilərin və şotlandların qanı axır.
Rəngli qarğıdalı görmüsünüzmü?
O, həyatı boyu ancaq qarğıdalı becərməklə məşğul olub. 1994-cü ildə yerli kənd təsərrüfatı sərgisində (yarmarkasında) yer alıb. Carl elə burdaca Greg Schoenlə tanış olub. Fermerlər qısa zaman ərzində çox gözəl anlaşmağa və bir-birləri ilə dil tapmağa başlamaqla yanaşı, həm də çox yaxşı dost və iş ortağı oldular. Həyata gözlərini yummazdan əvvəl rəngli qarğıdalı layihəsinin sirlərini ən yaxın dostu Greqə verən fermer əkinçilik dünyasında yeni bir səhifə açmış oldu. Hal-hazırda onun 80 yaşı var. 
Rəngli qarğıdalı görmüsünüzmü?
Amerikanın Oklahoma əyalətində yaşayan Carl Barnes rəngli qarğıdalı saçaqlarını bir araya gətirərək xüsusi bir növ qarğıdalı yetişdirməyi bacardı. Yeni inkişaf etdirdiyi texnika üzərində çalışan Barnes bir müddət sonra tək bir qarğıdalı sapı üzərində rəngarəng qarğıdalı dənələri yetişdirməyə başladı.
Rəngli qarğıdalı görmüsünüzmü?
 Un kimi istifadə edilə bilən rəngli qarğıdalılardan pop-corn kimi istifadəsi və qaynadılaraq yeyilməməsi də təklif edilir. İnternet üzərindən satılan rəngli qarğıdalı toxumları bütün dünyada böyük maraq doğurur. 
Rəngli qarğıdalı görmüsünüzmü?
"Glass Gem"i əbəs yerə dünyanın ən qeyri-adi qarğıdalısı adlandırmayıblar, axı o, adi qarğıdalıdan çox fərqlənir. Bu qarğıdalının dənələri arasından elə birini tapa bilməzsiniz ki, mükəmməl olmasın. Lakin buna baxmayaraq, rənginə görə bir çox insan risk edib bu gözəlliyin dadına baxmaq istəmir. Bu qarğıdalı isə dad baxımından adi şirin qarğıdalıdan heç də fərqlənmir.
13 iyul 2014
GO BACK