Qadin.NET / Mətin Şəntürk

Mətin Şəntürk

Mətin Şəntürk

Mətin Şəntürk 16 may 1966-cı ildə İstanbulun Fatih rayonunda anadan olub. Ailəsi Kosovodan köçüb İstanbula yerləşmişdir. O, yeddi uşaqlı bir ailənin altıncı uşağıdır. Sonradan atası da daxil olmaqla ailəsindən altı nəfər müxtəlif səbəblərlə kor olmuşdur. Mətin Şəntürk üç yaşında stuldan yıxılaraq gözlərinin görmə qabiliyyətini itirmişdir.

İstanbulda korlar məktəbində 8 il oxuyaraq təhsil almışdır. Ardından Böyükçəkməcə liseyində normal tələbələrlə birlikdə oxuyaraq məzun olmuşdur. 1988-ci ildə İstanbul Texniki Universiteti (İTÜ) Türk Musiqisi Dövlət Konservatoriyasından məzun olmuşdur. İlk albomu müvəffəqiyyət qazanmadı, ancaq 4 il ara verdikdən sonra etdiyi çıxışı uğurlu oldu.

Şövkət Altuğ ilə birlikdə Kanal D-də efirə gedən "Unutma məni" adlı serialda rol almışdır. Uşaq ikən kor olan Mətin Şəntürk tez bir zamanda müvəffəqiyyət və şöhrət əldə etmişdir.

Gözləri görməsə də təyyarədən istifadə etmiş, dənizdə üzmüş, paraşütlə yüksəklikdən tullanmışdır.

Dünya gözdən əlillərinin avtomobili ilə sürət rekordunu 315 km ilə qırıb. CPS ilə ölçülən 303 km ilə "Ginnesin "Rekordlar" kitabına daxil olub. Mətin Şəntürk məşhur bir markanın reklam çarxında da oynamışdır. Eyni zamanda bir neçə filmdə oynamışdır.

Mətin Şəntürk 2006-cı ildə Fulya Kalkavan ilə ailə həyatı qurub.  

Mətin Şəntürk

Çəkildiyi filmlər

2013 - "Vay, başıma gələnlər" - "Sorğu məmuru - 2"

2010 - "Çocuklar duymasın"

2010 - "Çox gözəl hərəkətlərdir bunlar" 

2007 - "Bayrampaşa: Mən çox qalmayacağam"

2006 - "Yarpaq tökümü" 

2005 - "Sonradan görmə" 

2004 - "Cənnət məhəlləsi" 

2002 - "Unutma məni" 

2002 - "Reytinq Həmdi"

2002 - "Ən son babalar duyar"

1994 - "Aləm budursa"

1993 - "Super ata"

Mətin Şəntürk

Albomları

1987 - "Əlimdəki şəklin"

1991 - "Buraxma məni"

1992 - "Allah bilir"

1993 - "Yandırdın məni"

1995 - "Sənə aidəm"

1996 - "Son nöqtə"

1997 - "Dünya gözəli"

1999 - "Saxta dünya"

2000 - "Xəzinədən"

2001 - "Yolun yarısı"

2002 - "Dönməliyəm"

2003 - "Qəlbdən qəlbə"

2006 - "Əfsanə"

2008 - "Zamanda səyahət"

2009 - "Mətin Şəntürk ilə Türk Sənət musiqisi"

2012 - "Mənə sən lazımsan"

11 iyul 2014
GO BACK