Qadin.NET / Dərmanların yaranması

Dərmanların yaranması

Dərmanların yaranması

Qurani-Kərimin  ayələri  Allahın öz varlığından gəldiyi üçün  insanlara xeyir,bərəkət ,şəfa verir,dərmanlar isə Allahın cənnət bağından gəlib,müqəddəs olduğu üçün şəfa verir.  Əlbəttə, Allahın öz varlığından gələn şəfa qüvvəsi, Allahın bağından gələn şəfa qüvvəsindən daha da qüvvətli şəfadır.

Dərmanların yaranması belədir:Adəm ilə Həvva cənnətdə ikən ,şeytan onları aldadıb, Allah –təalanın qadağan etdiyi buğdanı onlara yedirdir. Bu zaman onlar Allahın əmrini pozduqları üçün, Allahın qəzəbinə gəlirlər. Əyinlərindəki behişt paltarları soyunurlar.Onlar o vaxta kimi bir-birini lüt  görməmişdilər.Adəm ilə Həvva bir-birini lüt gördükdə həya edib utanırlar  və nəhayət yaxındakı  əncir  ağacından hərəsi iki yarpaq dərib eyib yerlərini örtürlər. Bələ ki,mələklər  onları yerə qovurlar. Adəm ilə Həvvanın behiştən gətirdikləri bu dörd yarpağın ikisini pərakəndə edib,  səpirlər yer kürəsinə, o vaxta kimi yerdə bitki nəbatətı yox idi. Həmin iki yarpağın pərakəndə edilib səpilməsi nəticəsində yer kürəsində meyvələr,otlar, çiçəklər bitir. Kamil və hikmətli insanlar bu otlar və çiçəklərdən dərmanlar əmələ gətirdilər. Dəməli dərmanların kökü – əcdadı asimandan Allah dərgahından gəlib, müqəddəs təbərrik olduğu üçün məxluqata şəfa verir. Qalan o biri iki yarpağı isə  4 heyvanat yedi. Bu dörd heyvanatlar da həm müqəddəsdirlər, həm də şəfalıdırlar. Bu dörd  heyvanat bunlardır:

1.    Arı yedi, bal əmələ gəldi.

2.    Qurd yedi, ipək əmələ  gəldi.

3.    Maral yedi, müşk-ənbər-ətir-gülab əmələ gəldi.

4.    Dəniz sırığı yedi,dəniz mirvarisi əmələ gəldi.

8 fevral 2011
GO BACK