Bir çox yazarın fərqli və qeyri-adi həyat tərzi yaşadığı deyilir. "Böyük yazarların gizli həyatı" adlı kitab bu həyatlara aid göstərişlər verir. Robert Sehnaxerbergin qələmə aldığı kitabdan bəzi qeydlərlə siz də tanış olun.
Şekspir yazdıqlarından daha çox sələmçilik etməklə gəlir əldə edirmiş.
Qaranlıq hekayələrin ustası Edqar Alan Po qaranlıqdan çox, içki ilə başı bəladaydı. Yaşadığı müddət ərzində alacaqlarından bir addım irəlidə, sərxoşluqdan isə bir addım geridəydi.
Dünyanın ən böyük yazarlarından biri kimi qəbul edilən “Böyük ümüdlər”in müəllifi Çarls Dikens dünyanın bəlkə də ən qeyri-adi yuxu vərdişinə sahib idi. O, yatarkən mütləq üzü şimal qütbünə baxacaq şəkildə uzanırdı. Bu seçimini “Yer kürəsi, elektrik cərəyanları, müsbət və mənfi elektrik” kimi sözlərlə açıqlayırdı. Ən çox zaman keçirdiyi yer isə “kimsəsizlər morqu” idi.
Vətəndaş itaətsizliyi nəzəriyyəsini ortalığa atan Henri Devid Toro nadir hallarda duş alar, saçlarını heç bir zaman daramazdı. Eyni zamanda ilk dəfə üzümlü çörəyi o hazırlamışdı.
Uolt Uitman homoseksual idi. Ən böyük sevgisi isə ABŞ prezidenti Avraam Linkolna idi. Şeir yazmadığı və ya Avraam Linkolna hiss etdiyi sevgini söyləmədiyi zamanlarda duşun altında içki içərək, bağıra-bağıra mahnı oxuyurmuş.
Balzak 51 yaşında vəfat etməsinə baxmayaraq, arxasında yüzlərcə ölümüsüz əsər qoyub. O, gündə təxminən 50 stəkan qəhvə içirmiş. Qəhvə hazırlayacaq biri olmadığı zaman isə qəhvə dənələrini çeynəyirmiş.
Tolstoyun 13 övladı vardı. 48 illik evlilikdən sonra həyat yoldaşına “Mənim yaşımda olan insanların tez-tez etdikləri bir şeyi edirəm. Son günlərimi təkbaşıma və sakit keçirə bilmək üçün dünyadan imtina edirəm” sözlərini yazdığı məktubqoyaraq evini tərk edib. O zaman Tolstoy 82 yaşında idi. Bir neçə gündən sonra qatar dayanacağında donaraq vəfat edib.
Tolstoy həmyerlisi İvan Turgenevi duelə dəvət etmişdi. Hətta silahlar belə hazırlanmışdı, lakin sonralar xətri sayılan dostların sayəsində duel baş tutmadı. Bu hadisədən sonra onlar heç bir zaman qarşılaşmadılar.
Luis Kerrol riyaziyyat dahisi idi. Söz kəşf etməkdə onun bənzəri yox idi. Hələ də ingilis dilində onun uydurduğu yüzlərlə sözdən istifadə olunur. Kitabxanalarda kitabların daha asan tapılması üçün kitab adını cildin arxasına yazmaq fikri də Kerrola məxsusdur. Bundan əlavə, o, “Sarrabele” oyunun ilk nümunəsini hazırlamışdı. Kerrolun ən sevdiyi nəqliyyat vaistəsi isə özünün icad etdiyi üç təkərli velosiped idi.
İrlandiya əsilli yazar Oskar Uayld ABŞ-ı ziyarət etdiyi zamanı gördüyü “Pianisti vurmayın. Əlindən gələni edir” yazısının həyatı boyunca gördüyü tək məntiqli sənət tənqidçisi olduğunu deyib. Uayldın Heminquey ilə ən böyük oxşar cəhəti hər ikisinin uşaqlıqda analarının istəyi ilə qadın paltarı geyinmələri olub.
Cek London əsl "kitab qurdu" idi. Onun kitabxanasında 45 min kitab vardı. London beş yaşında içkiyə başlayır və 40 yaşında vəfat edir. O qədər içki içirdi ki, tez-tez qəzaya düşürdü.
Virciniya Vulf danışmağı çox sevirdi. Bir dəfə 48 saat fasilə etmədən danışmışdı. Bütün əsərlərini rəssam olan bacısının iş formasından ilham alaraq və ayaq üstə dayanaraq yazmışdı.
Ceyms Coys və Marsel Prust cəmi bir dəfə görüşmüşdülər. İki yazarın görüşü diqqət mərkəzində idi. Hər iki yazarın da yaşı irəliləmişdi. Bir neçə müddətdən sonra çəkinərək bir-birlərinin kitablarını oxumadıqlarını etiraf etmişdilər.
Frans Kafka ət yeməyi cinayətə bərabər tutan insan idi. Vəsiyyətində yaxın dostu olan Breddən 5 əsərindən başqa bütün əsərlərini yandırmasını istəmişdi. Dostu Maks Bred isə onun bu vəsiyyətini yerinə yetirməyib.
Aqata Kristi 1962-ci ildə 36 yaşında olarkən ortalıqdan itdi. Yerli polis, xalq və kəşfiyyatçılar hər yerdə onu axtarırdı. Kristi 10 gün sonra saxta bir şəxsiyyətlə bir oteldə tapıldı. Nə olduğunu soruşanlara isə bir şey xatırlamadığını deyirdi. Kristiyə nə olduğu bir sirr olaraq qaldı.
Ernest Heminquey onun haqqında ağır məqalə yazan tənqidçini ilk qarşılaşdığı yerdə tutub yerə yıxıb. Həmin dövrdə bir yazarın tənqidçiyə qarşı ən sərt hərəkəti bu olmuşdu.