Qurbağalar, pişiklər, itlər, atlar, quşlar, siçanlar və s. ibarət olan gülməli heyvanlarımızın nəhayət ki, sonuna gəlib çatdıq. Silsilə xəbərim az da olsa, üzünüzdə təbəssüm yaratdısa, sizləri güldürə bildisə, nə xoş mənə. Həyatın hər anı dəyərlidir, çalışın, hər şeyə rəğmən gülümsəyin. Allah üzünüzdən təbəssümü, qəlbinizdən sevinci əksik etməsin!
Bu istidə birtəhər olduq ey, bu kənd avtobusları da belədi də, 5 saata gəlir. ![]()
Ana, bu nədi belə? Necə də eybəcərdir. ![]()
Yaxşı, yaxşı, dayan, gəlmə, təslim oluram! Bağışla, bir də quyruğunu dartıb qaçmayacam. ![]()
Arxamdakı şəkildə gördüyünüz mənim babamdır. Deyilənə görə, çox yaxşı kişi olub. ![]()
Qaş məndə, göz məndə, bəh, bəh.
İlahi, sanki qələmlə çəkilib, bu nə gözəllikdir mənə vermisən. ![]()
Yandım, ay Allah
Bu nə idi, dəlisən ey, heç yuxudan da belə oyadarlar? ![]()
Zəhmət olmasa, oradan mənə bir "pəhriz kolası" gətirin, deyəsən, çox yedim, rejimim pozuldu. ![]()
Buyur, oğul, nə məsələdir? De, qur-qur əmin həll eləsin. ![]()
Gərək axırıncı kəpənəyə yazığım gələydi. Qələt eliyib yedim, indi imkan vermir rahat oturmağa, belə yerdə deyirlər ey, "Artıq tamah baş yarar". ![]()
Boy, bu kimdi belə? Necə də gözəldir. ![]()
Gözüm yollarda qalıb, hardasan, ay insafsız, tez gəl də, nə olar. ![]()